Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"



Yüklə 1,24 Mb.
səhifə296/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   292   293   294   295   296   297   298   299   ...   376

"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"


Sionizm rejiminin Qəzzədə dəhşətli cinayəti və yüzlərlə məzlum kişinin, qadının və uşağın qətliam edilməsi sionist canavarların qaniçən simasını son illərin hiylə pərdəsi arxasından yenidən çıxartdı və bu hərbi kafirin İslam ümmətinin torpaqlarının qəlbindəki təhlükəsini qafil və biganə insanların yadına saldı.

Bu dəhşətli hadisənin faciəsi hər bir müsəlman və hətta dünyanın hər hansı bir nöqtəsində olan hər bir vicdanlı və şərəfli insan üçün çox ağır və üzücüdür. Lakin daha böyük faciə bəzi ərəb və müsəlmanlıq iddiasında olan hökumətlərin həvəsləndirici sükutudur. İşğalçı, kafir və müharibə edən rejim qarşısında məzlum Qəzzə xalqını müadifə etməli olan müsəlman hökumətlərin, cinayətkar sionist rəsmilərinin onları həyasızcasına bu böyük faciələrə razı və müvafiq adlandırmalarına səbəb olan rəftar göstərmələrindən daha böyük müsibət ola bilərmi?!

Bu ölkələrin başçılarının Allah rəsulu (s) qarşısında cavabları nə olacaq? Mütləq bu faciəyə əza saxlayan öz xalqlarına cavabları nə olacaq? Şübhəsiz, bu gün Misir, İordaniya və digər İslam ölkələrinin xalqlarının qəlbi bu uzunmüddətli ərzaq və dərman blokadasından sonra bu qırğına görə qanla dolmuşdur.

Cinayətkar Buş hökuməti özünün mənfur hökmranlığının son günlərində bu böyük cinayətdə əlbir olmaqla Amerika rejimini əvvəlkindən daha üzüqara etdi və müharibə cinayətkarı kimi özünün cinayətlər qovluğunu daha da qalınlaşdırdı. Avropa hökumətləri laqeydliklə və bəlkə də bu böyük faciəyə öz razılıqları ilə bir daha insan hüquqlarını müdafiə iddialarının yalan olduğunu sübut etdilər və özlərinin İslam və müsəlmanlarla düşmən cəbhədə iştirakını göstərdilər. İndi mənim ərəb dünyasının alim və ruhanilərinə və Misirin əl-Əzhər başçılarına sualım budur ki, İslam və müsəlmanlar üçün təhlükə hiss etmənizin vaxtı çatmayıbmı?! Hələ zamanı çatmayıbmı, pis işlərdən çəkindirməkdən ibarət olan vacib əmələ və zalım rəhbər yanında haqq sözü demək vəzifəsinə əməl edəsiniz?!

Hərbi kafirlərin müsəlmanları əzmək üçün ümmətin münafiqləri ilə əlbir olmasına dair Qəzzə və Fələstində baş verənlərdən daha çılpaq bir nümunə lazımdır ki, siz məsuliyyət hiss edəsiniz?!

Mənim İslam dünyasının, xüsusən də ərəb dünyasının media qurumlarına, ziyalılarına sualım budur ki, nə vaxta qədər özünüzün media və ziyalılıq məsuliyyətinizə laqeyd qalacaqsınız? Qərbin rüsvay olmuş insan hüquqları təşkilatları və Birləşmiş Millətlər Təşkilatının dırnaqarası Təhlükəsizlik Şurasının bundan da artıq rüsvay olmaları mümkündürmü?!

Bütün Fələstin mücahidləri və İslam dünyasının bütün möminləri hər bir mümkün yolla müdafiəsiz Qəzzə qadınlarını, uşaqlarını və əhalisini müdafiə etməyə borcludurlar. Bu qanuni və müqəddəs müdafiədə kim öldürülsə, şəhiddir və ümidvarıq ki, qiyamətə Allah rəsulunun yanında, Bədr və Ühüd şəhidləri sırasında gəlsin.

İslam Konfransı Təşkilatı bu həssas şəraitdə özünün tarixi vəzifəsinə əməl etməli, sionizm rejimi qarşısında çəkinmələrdən və təsirlənmələrdən uzaq olan vahid cəbhə təşkil etməlidir. Sionizm rejimi müsəlman hökumətlərin vasitəsi ilə cəzalandırılmalıdır. O işğalçı rejimin başçıları bu cinayətə və həmçinin uzunmüddətli blokadaya görə şəxsən mühakimə edilməli və cəzalandırılmalıdırlar.

Müsəlman xalqlar özlərinin güclü iradələri ilə bu tələbləri həyata keçirə bilərlər. Bu dönəmdə siyasətçilərin, alimlərin və ziyalıların vəzifəsi digərlərindən olduqca ağırdır.

Mən Qəzzə faciəsi münasibəti ilə bazar ertəsi gününü ümumi matəm elan edirəm və ölkə məmurlarını bu qəmli hadisə qarşısında öz vəzifələrini yerinə yetirməyə çağırıram.



"Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!"

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin