Bu gün Fələstin məsələsi də elədir. Sizin müşahidə etdiyiniz Qəzzə hadisəsi məsələnin zahiri tərəfinin bir hissəsidir, kökü isə bundan ibarətdir ki, heç bir insani prinsipə inanmayan imperialist qurum bu Orta Şərq regionunu - müxtəlif coğrafi və iqtisadi sərvətlə dolu olan bu həssas regionu əlinə almaq istəyir; vasitəsi də işğalçı İsraildir - işğal olunmuş Fələstinə hakim olan sionistlər. Məsələ bundan ibarətdir. Bu bir neçə ildə bu regionda baş verən bütün bu hərəkətlər - Livan hadisələrindən tutmuş İraq və Fələstin hadisələrinə qədər hamısı bu baxışla izah və dərk olunasıdır. Məsələ bundan ibarətdir ki, bu region Amerika da daxil olmaqla imperializmin əlində olsun; sözsüz ki, onun əsas təzahürü böyük şeytan olan Amerika dövlətidir. İmperializm bu regionu əlinə keçirmək istəyir. Bu region ona lazımdır və bu işdə amili də İsraildir. Bu bir neçə ildəki bütün bu dastanlar və hadisələr bu baxışla təhlil olunur. Gördünüz ki, otuz üç günlük müharibədə Amerikanın Xarici İşlər Naziri dedi: "Bu, yeni Orta Şərq regionunun doğuş ağrısıdır". Yəni bu hadisədən Amerikanın istədiyi Orta Şərqdən ibarət olan yeni bir məxluq doğulacaq. Əlbəttə, bu pərişan yuxunun təbiri başlarına gələn idi. Livanda mömin gənclərin cəsurluğu, ayıqlığı, fədakarlığı və cihadı yalnız İsrailə yox, hətta Amerikaya, onların himayədarlarına və ardıcıllarına da zərbə vurdu. Qəzzə hadisəsi də bu qəbildəndir.