Dırnaqarası sülh müzakirələrinin məqsədi: Fələstin məsələsini unutdurmaq
Fələstin məsələsini unutdurmaq və İslam ümmətinin ictimai rəyində onun irəli sürülməsinin qarşısını almaq üçün bu gün görülən işlərdən biri bu dırnaqarası sülh müzakirələridir. Bu, fələstinlilərin bir qrupu - yəni Ərəfat və onun təşkilatı ilə israillilər arasında baş verir. Yəni təslimçilik məsələsi, dırnaqarası muxtar Fələstin hökuməti və digər məsələlər. Bu da israillilərin ən çirkin hiylə və hoqqlarından biridir. Təəssüf ki, müsəlmanların və fələstinlilərin özlərinin bəziləri onun tələsinə düşmüşlər.