Onlar bilmirlər ki, onların silahlarından daha güclü bir qüvvə var və o, xalqların qüvvəsidir, insanların qüvvəsidir. Hər hansı bir xalqın bir başlanğıca, bir məntiqə və bir düşüncə əsasına etiqadı olsa və möhkəm iradə ilə o məntiqin arxasında dayansa, heç bir qüvvə - nə atom, nə atomdan yüksək və ya aşağı bir qüvvə onu məğlub edə bilməz. Bunlar xalqın qüvvəsini, xalqların iradəsinin, əzmkarlığının və hərəkətinin arxasında dayanan Qadir və Uca Allahın qüvvəsini əhəmiyyətsiz saymışlar: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Hər hansı bir qrup iman bəslədiyi məqsədlər üçün çalışsa, Allah-Taala ona yardım edəcək. Əgər bir qrup Allaha imanlı olsa, o zaman onunla vuruşmaq və onu məğlub etmək on qat çətin olacaq. Məgər asandır?! Kim bu qüvvə ilə - xalqların və insanların qüvvəsi ilə dartışsa, əziləcək. Amerika da əziləcək. Bunlar Fələstin xalqının müqavimət qüvvəsini məhv etmək istəyirlər, amma bacarmırlar. Yaxşı, bəs indi nə olacaq? Bu gün baş verən bu hadisənin zahiri və batini tərəfləri var. Zahiri tərəfi dediyimizdir: bir qrup zorla, süngü ilə, tüfənglə, tankla və Amerikanın siyasi dəstəyi ilə qadının, kişinin, qoca qarının, uşağın və digərlərinin canına düşmüşdür; onları öldürür, evlərini dağıdır, qollarını bağlayır, onları təhqir edir, təhqirlə ev və həyatlarından uzaqlaşdırır, ailələri didərgin salır. Bu, məsələnin zahiri tərəfidir. Amma məsələnin məğzi budur ki, zahirən iqtidarlı olan həmin qüvvə öz daxilində əriyir, su olur. Fələstin xalqı qərar vermişdir. Fələstinin mübariz təşkilatları - istər Fəth təşkilatı, istər Həmas təşkilatı, Xalq cəbhəsi, Cihad, Hizbullah və digərləri əl-ələ verib qərar vermişlər. Hamısı bir nəticəyə çatmış və fədakarlıq yolunu seçmişlər; anlamışlar ki, Fələstinin qurtuluşu yolu fədakarlığa hazır olmaqdır. Şəhadəti təcrübə edib anlamışlar ki, düşmən şəhadət istəyinin və ölümdən qorxmamağın qarşısında gücsüzdür. Yasir Ərəfat da bəyanat verib ki, mən şəhadətə hazıram. Bu yaxşı qərardır. Ümidvarıq ki, o bu qərardan daşınmasın və bu sözünün arxasında dayansın. Allah yolunda şəhid olan şəxs qalır; onun fikri və şəxsiyyəti qalır. Öz ixtiyarı ilə amalı üçün fədakarlığa sarı getməyən şəxsin isə cisminin bir neçə gün qalması mümkündür, lakin şəxsiyyəti və kimliyi məhv olacaq. Şəhadət! Bunu Fələstin xalqı tapmışdır. Ümidvarıq ki, muxtar hökumətin məsul şəxsləri də dedikləri kimi bu sözün arxasında dayansınlar və bu yolda öz xalqları ilə bir olsunlar, təslim olmasınlar. Düşmən də günbəgün zəifləməkdədir.