Bugünkü mübarizənin iki xüsusiyyəti var. Heç zaman bu iki xüsusiyyət fələstinlilərin mübarizələrində və Fələstin üçün mübarizələrdə bir yerdə mövcud olmamışdır: biri bu mübarizənin İslam mübarizəsi olması, ikinci xüsusiyyət isə xalq mübarizəsi və ümumi olmasıdır. Bu iki xüsusiyyətin bir yerdə cəm olması sionizm rejimini lərzəyə gətirmişdir. Bütün sionizm varlığında təhlükə hissi mövcuddur. Anlayır və düzgün təyin edirlər ki, ümdə və əsas təhlükə bu gün vücuda gəlmişdir. Bu gün sionizm varlığı qarşısında dayanan bir qrup deyil, siyasi şəxsiyyətlər deyillər ki, onları müzakirə stolu arxasında qane etmək mümkün olsun. Siz bilirsiniz ki, müzakirə stolu arxasında müxtəlif üsullarla insanları qane etmək olar; təhdidlə, tamahlandırmaqla və yalançı vədlərlə, lakin mübarizə xalqın içinə keçdikdə, xalqın arasında özünüdərk yarandıqda, onlar vəziyyət qarşısında dayanmaq vəzifələrini bütün vücudları ilə hiss etdikdə, əks təqdirdə bütövlüklə məhv olacaqlarını bildikdə, digər tərəfdən də mübarizə tədbiri İslam inancından qaynaqlanıb qəlblərə və canlara söykəndikdə, bu zaman bu mübarizə düşmən üçün çox təhlükəli olur. Bu gün belə bir vəziyyət yaranmışdır.
...Amerikanın dəstəklədiyi sionizm rejimi - mənəviyyatdan, həqiqətdən, ədalətdən və insaniyyətdən tam uzaq olan bu iki ünsür Fələstin xalqını diz çökdürmək, onu öz haqq sözünü dilinə gətirməməyə və geri götürməyə vadar etmək fikrindədir. Sözsüz ki, bacarmayacaqlar. Bugünkü mübarizənin və Fələstin intifazəsinin xüsusiyyəti budur ki, Fələstin xalqı sözün həqiqi mənasında ayağa qalxmışdır.
Dostları ilə paylaş: |