Mən sizə deyirəm: Fələstin xalqının öz hüquqları uğrunda qələbəsi İran xalqının İranda İslam Respublikası qurmaq qələbəsindən çətin deyil. Tağutun bu ölkədə hakim olduğu zaman əgər kimsə dünyanın və regionun vəziyyətinə baxsaydı, burada tağut rejiminin dəyişilməsinin və özü də bir İslam quruluşuna çevrilməsinin qətiyyən imkansız olduğunu deyərdi. Bu, qeyri-mümkün görünürdü, təbii meyarlara görə, adi meyarlara görə belə bir şey mümkün deyildi. Amerikanın bu regionda sözsüz qüdrəti vardı, qeyd-şərtsiz olaraq şah rejimini müdafiə edirdi. Burada mübarizlər üçün də heç bir imkan yox idi - yəni mübarizə zamanı bizim imkanlarımız bu gün sizin Qəzzə, yaxud qərb sahillərində olan imkanlarınızdan çox az idi. Amma eyni zamanda bu baş verdi. Bu qeyri-mümkün iş mümkün oldu və həyata keçdi; mübarizənin davamı sayəsində, Allaha təvəkkül sayəsində, Böyük İmamımızın iradəli və qətiyyətli rəhbərliyi sayəsində. Mən deyirəm ki, Fələstində də bunun baş verməsi mümkündür. Bəzi adamlar vəziyyətə baxırlar, Amerikanın gücünə baxırlar, Qərbin sionistlərə dəstəyinə baxırlar, sionistlərin Amerikada və dünyanın digər yerlərində maliyyə şəbəkələrinin gücünü, təbliğatlarının gücünü görürlər. Düşünürlər ki, Fələstini fələstinlilərə qaytarmaq imkansız bir işdir. Mən deyirəm ki, xeyr, bu imkansız iş müqavimət və dirəniş şərti ilə mümkün olacaq. Allah-Taala buyurur ki, buna dəvət et və əmr edildiyi kimi möhkəm dayan. Müqavimət lazımdır, dirəniş lazımdır, yolu davam etdirmək lazımdır. Yolu davam etdirməyə lazım olan işlərdən biri sizin bu toplantılarınızdır, sizin həmrəyliyinizdir, sizin beynəlxalq təbliğatınızdır. Bunlar dünyanın ümumi rəyini zəhərləyiblər.