Yeganə yol: Mübarizə
Bu sionistlər güc dilindən başqa bir şey anlamırlar. Qırx ildir Birləşmiş Millətlər Təşkilatı Fələstin məsələsinə dair sionistlərin əleyhinə nə qədər qətnamə qəbul etmişsə, bunlar rədd etmişlər. Bunlar ərköyün olmuşlar, böyük güclərin, xalqların və hökumətlərin sükutunu və güzəştini görüb cürətlənmişlər. Onlar qətnamədən qorxmurlar. Məgər İsraili qətnamə ilə geri çəkmək olar?! İsrail zorla, silahla və yumruqla geri oturacaq.
Altıncı bölmə: Qəhrəmanlar Şəhid Şeyx Əhməd Yasin Şeyx Əhməd Yasinin şəhidliyi münasibəti ilə başsağlığı
Bismillahir-Rəhmanir-Rəhim.
Xəbər aldıq ki, işğalçı sionizm rejiminin günahkar əli böyük bir cinayət törətmiş və Həmas hərəkatının banisi və rəhbəri olan mücahid alim mərhum Şeyx Əhməd Yasini şəhid etmişdir. Şəhidlik şübhəsiz, bu mücahid və zahid şeyxin həmişəlik arzusu idi və Allah yolunda öldürülmək onun ixlaslı bəndələrinə şirindir. Lakin bu, işğalçı sionist cinayətkarların günahının böyüklüyünü azalda və bu böyük cinayətin cəzasını yüngülləşdirə bilməz.
Şeyx Əhməd Yasinin qanı İslam müqavimətinin böyük ağacını suvarıb, fədakar Fələstin xalqının qəzəb alovunu daha da şölələndirəcək və onun məzlumluğu Fələstinin məzlumluq bayrağını dalğalandıracaq.
Bu cinayətlə Şeyx Əhməd Yasindən və Fələstin xalqından aldıqları arıq və əlil bir bədən idi. Onun düşüncəsini, onun təsvir etdiyi xətti və açdığı yolu Fələstin xalqından ala bilməyəcəklər. Şeyxin ruhu yaşayır və indi onun məzlum qanı ilə daha da əbədiləşmiş və daha dəyərli olmuş dərsi Fələstin gənclərinin, yeniyetmələrinən və gələcək nəslinin zümzüməsi olacaq. Fələstini işğal edən cinayətkarlar bilsinlər ki, onların axmaqcasına güc nümayişləri onların zəifliyinə və məğlubiyyətinə ən böyük dəlildir. İşğalçı rejim və qondarma sionizm dövləti məhvə məhkumdur. Fələstin Fələstin xalqına məxsusdur və bu danılmaz haqqın qarşısında hər bir inadkarlığın uğursuzluqdan və məğlubiyyətdən başqa taleyi olmayacaq.
"(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi".
Mən Allah yolunun mücahidi olan bu şeyxin şəhidliyi münasibətilə onun uca ruhunu təbrik edir və Fələstin xalqına, xüsusən də Fələstinin fədakar, başıuca və mübariz gənclərinə, eləcə də onun hörmətli ailəsinə başsağlığı verirəm. Allah-Taaladan İslam ümmətinin başucalığını, fələstinli və livanlı mücahidlərin qələbəsini diləyirəm.
Dostları ilə paylaş: |