Fələstin məsələsində bəzi məsul şəxslərin etdiyi böyük sofistlik budur ki, İsrail adlı bir ölkə altmış illik bir reallıqdır və onunla razılaşmaq lazımdır. Mən bilmirəm bunlar nə üçün onların gözü qarşısında olan digər reallıqlardan dərs almırlar. Məgər Balkan ölkələri, Qafqaz və Cənub-Qərbi Asiya ölkələri səksən il kimliksizlikdən və keçmiş sovetlərin bir hissəsinə çevrildikdən sonra yenidən özünün əsas kimliyinə qayıtmadı?!
Nə üçün İslam dünyasının bir parçası olan Fələstin yenidən özünün İslam və ərəb kimliyinə qayıda bilməsin?! Nə üçün ən sayıq və ən müqavimətli ərəb gəncləri sırasında olan fələstinli gənclər öz iradələrini bu zalım reallığa qalib edə bilməsinlər?!
Bu gün bəziləri deyirlər ki, nə üçün Fələstin məsələsini müzakirə edirsiniz, bu məsələ bitmişdir. Mən deyirəm ki, Fələstin məsələsi əsla bitmiş deyil. Siz fələstinlilərin - torpaq sahiblərinin özlərinin və övladlarının həmişəlik öz torpaqlarından bayırda yaşamalarını, yaxud daxildə olsalar da, məğlub bir azlıq kimi yaşamalarını və o işğalçı əcnəbilərin orada qalmalarını güman edə bilməzsiniz. Xeyr, belə bir şey yoxdur. Yüz il bir qüvvənin işğalında olan ölkələr – indi gördüyünüz bu Qazaxıstan, indi gördüyünüz bu Gürcüstan, Orta Asiyanın yeni müstəqil olmuş bu ölkələrinin bəzisi SSRİ-nin ixtiyarında, bəzisi də SSRİ-dən öncə hələ sovetlər vücuda gəlməmiş Rusiyanın ixtiyarında idilər. İndi bunlar yenidən müstəqil olub qayıtdılar və öz xaqlarına məxsus oldular. Odur ki, bu əlçatmaz deyil və bu iş mütləq baş verməlidir. İnşallah baş verəcək və Fələstin Fələstin xalqına qayıdacaq. Deməli, məsələ bitmiş deyil. Bu səhv fikirdir.
Dostları ilə paylaş: |