Fələstin məsələsində hadisənin həqiqəti uzun illərdir İslam Respublikasının aşkar şəkildə və dəlil əsasında bəyan etdiyi mətləbdir. Beynəlxalq qüvvələrə bağlı və onların muzduru olan bir banda və qrup həmin bağlılıqlarına güvənərək gəlib Fələstin torpağını işğal etdilər. Bunu kimsə inkar edə bilərmi?! Bu gün Fələstində bizim işğal olunmuş torpaqlarımızda yaşayan bu bir neçə milyon sionistin neçə nəfəri fələstinlidir? Ataları Fələstində olub, yaxud özləri Fələstində doğulublar?! Mənfur məqsədlərlə müxtəlif yerlərdən buraya gəlmiş və regionda imperialist qüvvələrin nüfuzunun asanlıqla genişlənməsi üçün buranı baza edən əcnəbilərdirlər. Bu, işğal deyil?! Bu zülm deyil?! Bu qınanmalı deyil?! Əgər bir qrup gedib başqasının evini, başqasının şəhərini tutsa, bu, hər hansı bir din və məzhəbin ardıcılı olan azadlıqsevərlərə, adi və insaflı insanlara görə rədd ediləsi deyil?! Əgər biz "sionistlər işğalçıdırlar, zalımdırlar" dediksə, səhv söz demişik. Torpaqları işğal olunan və məzlum edilən bir xalq uzun illər boyunca mübarizə aparıb. Öz torpaqlarını müdafiə etmək üçün mübarizə aparan şəxs terrorçudur, yoxsa qəhrəman?! İmperialist dünyanın hər tərəfindən rəsmi qurumlar sionistlərin özlərinə məxsus olan və yaxud sionizmə bağlı kapitalistlərin əlində olan təbliğatla uzun illər dayanmadan təkrarlayıblar ki, bunlar terrorçudurlar, nə üçün vuruşurlar. Nəhayət bir-iki il öncədən indiyə qədərki bu işləri hazırlayıb adını sülh qoyublar. Bu sülhdür?! O kişi də orada bizim üçün islamşünas olub deyir ki, Quran "sülh edin" demişdir. Bu sülhdür?! Bu sülhü İslam və Quran demişdir?! Biri digərinə zülm etsin və sonra məzlumu vadar etsinlər ki, onun zülmünü qəbul et. Halbuki zalım tərəfdən azca hərəkət də görünməsin, öz zülmünü azaltmasın. Bu sülhdür, yoxsa rəzillik?! Bu zülmə təslim olmaqdır. Bu müqəddəs İslam şəriətində haram və bəyənilməz buyurulan zülmü qəbul etməkdir.