Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Son Peyğəmbərin (s) müqəddəs varlığına təhqir: Həmasa məğlub olmanın intiqamı



Yüklə 1,24 Mb.
səhifə358/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   354   355   356   357   358   359   360   361   ...   376

Son Peyğəmbərin (s) müqəddəs varlığına təhqir: Həmasa məğlub olmanın intiqamı


Bir neçə il öncə Avropa rəhbərlərindən biri mənimlə görüşdə məsihi və müsəlman müharibəsindən danışdı. Mən həssaslıq göstərdim. O şəxs çox ağır çəkili adam olmasa da, Amerikaya bağlı və o ölkənin ardıcılı olduğundan bu söz məni həssas etdi. Bu gün görürəm ki, sionizmin əlləri məsihi dünyasında və Avropada bu işə şərait hazırlayırlar. Ay yarım, yaxud iki ay öncə bir qəzetdə və bir ölkədə dərc olunmuş bir təhqir bir müddət ötdükdən sonra nə üçün yenidən Mərkəzi və Qərbi Avropa ölkələrində ardıcıl çap olunmalı idi? Bu işdə məqsəd nədir? Hansı əl bunu edir? Müsəlman xalqlar yerində və zamanında reaksiya göstərdilər və göstərməlidirlər də. Son Peyğəmbərin (s) müqəddəs varlığı İslam dünyasının bütün eşq və məhəbbətlərinin yönəldiyi mərkəz, bütün İslam məzhəblərinin vəhdətinin mehvəri və mərkəzidir. Müsəlmanların təəssübkeşlik, qeyrət və reaksiya göstərmələri lazımdır. Lakin hamı bilsin ki, bu mitinqlər və müsəlmanların bu lazımi və müqəddəs qəzəbi dünya məsihiləri əleyhinə deyil, sionistlərin gizli və xəbis əllərinin əleyhinədir. Onlar hegemonçu dünyanın siyasətçilərini oyuncaq etmişlər. Çoxlu media və informasiya vasitələri də onların ixtiyarındadır. Onlar bu gün indiki Amerika hökumətinə tam hakimdirlər və Avropada da fəaliyyət göstərirlər. Onlar Fələstində vurulduqda, Həmasın qələbəsi onları ən ağır şoka saldıqda o məğlubiyyəti müsəlmanların əleyhinə belə düzəltmək və Fələstindəki rüsvayçılıqlarının əvəzini başqa şəkildə çıxmaq istəyirlər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin