İranın fələstinlilərə örnək olması
Bizim əziz İranımız, müqəddəs İslam Respublikası quruluşu və bu iftixarlı bölgədə yaşayan böyük xalq dünyaya örnək ola bilərlər. Necə ki, inqilabdan sonra bu günə qədər müxtəlif sahələrdə örnək olmuşlar. Bunda əsla şübhəniz olmasın ki, bu gün tam şücaətlə mübarizə vəziyyətində olan Fələstin xalqı İran xalqını və İranın dərsini özünün unudulmaz dərsi və unudulmaz örnəyi hesab edir. Bunu həm sizin dünya boyunca çoxlu olan dostlarınız, həm də hegemonçu qüdrətin mərkəzləri olan düşmənləriniz yaxşı bilirlər. Fələstin bu gün Allahın adı ilə özünün səmərəli və əzəmətli mübarizəsini davam etdirir. Qəlbləri Allaha imanla və özünəinamla dolu olan insanların iradəsinin bütün maddi qüdrətlər üzərindəki qələbəsi növbəti dəfə aşkar olacaq. Dünya görəcək ki, Fələstin xalqı müqavimətin sayəsində addım-addım öz məqsədlərinə sarı irəliləyir. Fələstin torpağı Fələstin xalqına məxsusdur. Bu gün bu xalq meydandadır. İslam dünyasında da bu xalqın özünün şücaətli müqaviməti ilə beynəlxalq mühitdə yaratdığı həyəcandan tufan qopmuşdur.
Əlbəttə, müsəlman xalqların üzərinə daha ağır vəzifə düşür. Müsəlman hökumətlərin də vəzifələri böyükdür. İslam İranı - xalqı və hökuməti çiyin-çiyinə Fələstin xalqının səsinə səs verib, onunla həmdərdlik və yoldaşlıq edir; müxtəlif sahələrdə bu xalqı müdafiə edir.
Dostları ilə paylaş: |