Bunu da deyim: düşmənin şiddət göstərdiyini duyduğunuz yer onun zərər gördüyü yerdir. Bu günlər sionistlər tərəfindən məzlum Fələstin müsəlmanlarına göstərilən təzyiqin mənası odur ki, hegemonluq işğal olunmuş müqəddəs Fələstin torpaqlarında ciddi şəkildə təhdid olunur. Əgər təhdid ciddi olmasaydı, təzyiq bu qədər çox olmazdı. Bu günlər işğalçı sionizm dövləti gündəlik olaraq işğal olunmuş torpaqlarda xalqa hücum edir. Hətta eşitmişəm ki, qadınlara hücum edib onların bəzilərini vurmuş, yaralamış, camaatın böyük bir hissəsini özünün hərbçi və polis muzdurları vasitəsi ilə yaralamışdır. Nə qədər insanları tutub öz həbsxanalarında saxlayır, işgəncə verir və son dərəcə təzyiq altında saxlayırlar. Amma müqəddəs şölə işğal olunmuş torpaqlarda günbəgün daha da artır.