Dəlilsizliklə və terror törətməklə qüdrətin tənəzzülü
Bir quruluş və bir siyasi rejim üçün həqiqi zəiflik və qüdrətin tənəzzülü o zaman başlayır ki, bu rejim və bu quruluş öz işləri üçün özünün siyasi və qaneedici dəlilini əldən verir. Bir rejim özünün siyasi haqlılığını əldən verdikdə, öz varlığı və işləri üçün əsaslandırması əlindən xaric olduqda, o zaman öz mənəvi gücünü əldən vermiş və onun süqutu başlanmışdır; zahirdə bir şey anlamasa və onun özü başa düşməsə də. Bunlar qüdrət və ehtirasa o qədər məst olublar ki, dünyada siyasi haqlılıqlarını itirmələrini və dəlillərinin zəfiliyinin onlara nə etdiyini anlamırlar.
Sionist cinayətkarı - yəni Şaronu təbrik edirlər ki, sən Əhməd Yasini oldürdün, yaxud Şəhid Rantisiyə terror etdin. Bu iş üçün dəlilin nədir? Budur ki, İsrail dövləti özünü müdafiə edir. Maraqlıdır! Məgər dünya diktatorlarının öz xalqlarını və müxaliflərini yatırtmaqda, tar-mar etməkdə və işgəncə verməkdə məntiqləri başqa bir şeydir?! Dünyanın diktatorluqla məşhur olan mənfur və xəbis siyasi simalarının hamıs öz müxaliflərini həmin məntiqlə tar-mar etmişlər; deyirlər ki, biz öz varlığımızı müdafiə edirik. O deyir ki, İsrail öz varlığını müdaifə edir. Şeyx Əhməd Yasin - əlil arabasında oturmuş iflic qoca kişi məgər danışmaqdan və düşünməqdən başqa bir iş görə bilirdi?! Siz axı deyirsiniz biz söz və fikir azadlığı ilə müvafiqik! Onu vurub şəhid edirlər və o təbrik edir. Görün rüsvayçılıq hansı həddədir! Dünya bunu qəbul etdimi? Əsla. Qərblilərin özləri və ictimai rəy də bunu qəbul etmədi. Bu, siyasi haqlılığın əldən çıxması deməkdir. Yəni bunların daha məntiqi yoxdur və dedikləri dünyanın insaflı düşüncələri tərəfindən qəbul olunmur.
Dostları ilə paylaş: |