Bu gün sionistlərin və onların hamilərinin - Amerika dövləti onların ən mühüm hamisidir - hiyləsi budur ki, gözəl sülh adından istifadə edirlər: "cənab, sülh edin". Bu sözlər nədir?! Bəli, sülh yaxşı bir şeydir. Amma haranın sülhü və kiminlə olan sülh? Bir nəfər sizin evinizə daxil olub, zorla qapını sındırıb, sizi döyüb, ailənizə və övladlarınıza hörmətsizlik edib, üç otağınızdan ikisinin hamısını, birinin də yarısını tutub oturub, sonra deyir ki, siz nə üçün əbəs yerə ona-buna şikayət edirsiniz, daim dava və dartışma yaradırsınız, gəlin sülh edək. Bu sülhdür? Sülh budur ki, siz evdən çıxın, əgər bundan sonra aramızda müharibə olsa, o zaman gəlib sülh bağlasınlar. Siz bizim evimizdə oturmusunuz. Siz burada bu qədər cinayət törətmisiniz. İndinin özündə də imkanınız olsa, yenə törədərsiniz. İndinin özündə sionizm rejimi təxminən hər gün Livanın cənubuna hücum edir; Livanın mübarizlərinə yox, Livanın cənubundakı kəndlərə, Livanın cənubundakı məktəblərə. Bir neçə gün öncə Livanın cənubunda bir məktəbə hücum edib bir dəstə kiçik uşağı öldürdü. Bunlar ki təcavüz etməmişdilər? Bunlar ki əllərinə silah götürməmişdirlər? Xislət təcavüzkar xislətidir. Sionistlərin Livana daxil olduqları, Deyr-Yasində və digər yerlərdə bəlli qətliamları törətdikləri gün heç kim onlara bir şey etməmişdi. Ən azı o camaat bir iş görməmişdi. Düzdür, bir dəstə qeyrətli gənc ərəb onlarla vuruşurdu. Onda da deyirdilər ki, nə üçün bizim evimizə daxil olub bu işləri görürsünüz. Amma zülmə məruz qalan, tarlalarından və kəndlərindən o şəkildə qətliamla ixrac olunan camaat bir iş görməmişdi. Buna əsasən, bu rejimin xisləti təcavüzkardır. Sionizm rejimi ümumiyyətlə hegemonluq, qəddarlıq və daşürəklilik üzərində qurulmuşdur və belə irəliləyir. Bunsuz inkişafı olmazdı və bundan sonra da olmayacaq. Deyirsiniz bu rejimlə sülh edin. Nə sülhü? Əgər onlar öz haqlarına qane olsalar - yəni Fələstin evini ev sahiblərinə tapşırıb öz işlərinin ardınca getsələr, yaxud Fələstin dövlətindən icazə alıb desələr ki, icazə verin bizim bir qədərimiz, yaxud hamımız bu ölkədə qalaq, heç kim onlarla müharibə etməz. Müharibə budur ki, onlar işğalla və zorakılıqla digərlərinin evinə daxil olmuşlar, onları evdən qovmuşlar, indi də onlara zülm edirlər. İndi də regionun bütün ölkələrinə zülm edirlər və hamı üçün təhlükədirlər. Odur ki, bunlar sülhü də sonrakı təcavüzə hazırlıq məqsədi ilə istəyirlər. Əgər sülh bərqərar olunsa, sonra başqa şəkildə təcavüz etmələri üçün bir hazırlıq olacaq.