İslam dövlətləri ilə münasibətdə sionizmin və Qərbin strategiyası
Bir tərəfdə Qərbin və sionizmin, digər tərəfdə isə yeni təsis olunmuş ərəb dövlətlərinin durduğu bu uzun qarşıdurmada İslam düşmənləri mübarizə üçün müxtəlif və mürəkkəb vasitələrdən istifadə etdilər. Onlardan biri də təbliğat vasitələri və beynəlxalq təşkilatlar idi. Onlar bir tərəfdən müsəlmanları dözümə, təmkinə, sülh danışıqlarına və barışığa dəvət edir, digər tərəfdən də İsraili silahlandırırdılar. Onların müsəlman ölkələri ilə İsrail arasında qeyri-bərabər və ayrıseçkili münasibətinin strateji məqsədləri bu idi ki, İsrailin müsəlman ölkələrindən hərbi üstünlüyünü daim qorusunlar, beynəlxalq qurumlarda o rejimi müdafiə etsinlər, öz nüfuzları altında olan media qurumlarını işlətməklə İsrailin cinayətlərini düzgün göstərsinlər və müsəlmanların arasında təbliğat aparsınlar ki, İsrail üzərində qələbə fikri xam xəyaldan başqa bir şey deyil.