Düşmənlərin hiyləsi: müsəlmanların birlik amilini ixtilaf amilinə çevirmək
Bu gün İslam dünyasının ən böyük müsibətlərindən biri budur ki, İslam düşmənləri müsəlmanların birlik amilini - yəni düşmənin varlığını, işğalçı sionistlərin varlığını onların ixtilaf amilinə çevirmişlər. Elə ediblər ki, bəzi müsəlman hökumətlər bunu öz qardaşlarının qarşısında dayanmaq və həqiqətən ixtilafın vücuda gəlməsi üçün vasitə edirlər. Halbuki İslam ölkələrinin ürəyində belə bir düşmənin olması müsəlmanları bir-birinə yaxınlaşdırmalı, vahid cəbhə yaratmalı və vahid əl vücuda gətirməlidir. Bu günah da hegemonluğun müdaxiləsinə və işə qarışmasına qayıdır.