Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Müsəlman hökumətlərin sionizm rejimi ilə rabitəni adiləşdirməkdən çəkinməsinin lazımlığı



Yüklə 1,24 Mb.
səhifə53/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Müsəlman hökumətlərin sionizm rejimi ilə rabitəni adiləşdirməkdən çəkinməsinin lazımlığı


Qəzzə məğlubiyyətindən sonra və o məğlubiyyəti düzəltmək üçün amerikalılar, sionistlər və onların bəzi müttəfiqləri tərəfindən bir təxribat planı hazırlanmışdır; yəni bəzi müsəlman və region hökumətləri arasında sionizm rejimi ilə çirkin rabitəni adiləşdirmək. Onlar bu boyunduruq altına getməməlidirlər. İslam hökumətləri müxtəlif bəhanələrlə və Amerikanın könlünü sevindirməkdən ötrü bütün region üçün, bütün xalqlar və hökumətlər üçün təhlükəli olan bu qəddar, zalım və işğalçı rejimlə rabitələrini adiləşdirməməli, Amerikaya görə bunlara xoş üz göstərməməlidirlər. Bu pis işdir. Bu işin pis olmasının dəlili də budur ki, bu adiləşdirmək işini görənlər ən azı işin əvvəllərində onu gizli saxlayırlar. Yəni pis işdir ki, gizlədirlər. Pis işi görməmək lazımdır, onu gizlətmək yox. Buna əsasən, Qüds günü inşallah həmişəkindən daha izdihamlı keçiriləcək.

Bu günün müsəlmanların təşəbbüsçülüyü ələ almaq günü olması


Bu gün elə bir gündür ki, müsəlman xalqlar və hökumətlər təşəbbüsçülüyü ələ alıb böyük iş başlaya bilərlər. Məzlum Fələstin xalqına yardım, ayıq İraq xalqını himayə, Livan, Suriya və digər region ölkələrinin sabitliyini və müstəqilliyini qorumaq ümumi vəzifədir. Siyasi, dini, mədəni və milli şəxsiyyətlərin, gənclərin və universitet mənsublarının vəzifəsi isə digərlərindən daha artıqdır. İslam məzhəblərinin ardıcılları arasında vəhdət və həmrəylik, firqə və milliyyət ixtilaflarından çəkinmək bu şəxsiyyətlərin ən mühüm şüarlarından olmalıdır. Elmi fəallıq, siyasi fəallıq, mədəni fəaliyyət və bütün qüvvələri bu əsas işlərə səfərbər etmək onların dəvətinin sərlövhəsi olmalıdır.

Müsəlman hökumətlərin vəzifəsi: bütün siyasi və iqtisadi rabitələri kəsmək


Görmələri mümkün olan başqa bir iş budur ki, özlərinin sionizm hökuməti ilə bütün rabitələrini, bütün siyasi və iqtisadi müqavilələrini kəssinlər və heç bir həmkarlıq göstərməsinlər. Ərəb xalqlar buna sevinəcəklər. Ərəb xalqlar bu qorxmaz addımı atan hökumətlərin arxasında duracaqlar. Vay olsun o hökumətə ki, xalqı gizlicə İsraillə informasiya, təhlükəsizlik və digər rabitələr qurduğunu anlasın! Müsəlman hökumətlər də buna borcludurlar. Onların da vəzifələri ərəb hökumətlərindən az deyil. Çünki bu məsələ ərəb məsələsi deyil, bu məsələ daha geniş bir məsələdir. Bu insani və islami məsələdir. Müsəlman hökumətlərin hansının neft və buna bənzər imkanları varsa, belə edə bilərlər. Müsəlman ölkələrin Xarici İşlər Nazirlərinin Malayziyada keçirdikləri konfrans yaxşı konfrans deyildi. Əlbəttə, mövqe və varlıq bildirdilər, amma zəif idi. Bundan daha güclü addım atmalıdırlar. Bu qədər müsəlman hökuməti və bu qədər İslam ölkəsi var, amma müsəlman qardaşları elə əzabdadırlar. Bunlar daha güclü addımlar atmalıdırlar.

Müsəlman hökumətlərin vəzifəsi - zəiflik halından çıxmaq


Əziz qardaşlar və bacılar! Bu vəziyyət İslam izzətinə uyğun deyil və İslam ümmətinin dərdlərinə əlac yolundan çox uzaqdır. Həm bütün müsəlman ölkələr Fələstin xalqının haqqının bərpa edilməsində layiqli rol ifa etməlidirlər, həm də İslam dünyası zəif haldan təşəbbüsçülük halına keçməlidir. Bu iki vəzifəni hələlik yalnız Fələstin və Livanın mömin və qeyrətli gəncləri özlərinin bütün varlıqları ilə yerinə yetirirlər. Salam olsun onlara! Bizim Orta Şərq sülhü adlandırılan məsələyə qarşı çıxmağımız ədalətsiz olduğuna, hegemonçu və təhqiramiz olduğuna və nəhayət qeyri-məntiqli olduğuna görədir. Torpaq qarşısında sülhün məcburi prinsipinin mənası budur ki, sionistlər qonşu ölkələrin torpaqlarını geri qaytarsınlar və biz Fələstin ölkəsinin onlara məxsus olduğunu qəbul edək. Bundan ədalətsiz söz ola bilərmi?! Bu ziyanlı bazarlıqda qədim Fələstin xalqına nə cavab vermək olar?! Dövrün ibrətli zarafatlarından biri budur ki, işğalçı dövlət bunu da qeyri-uyğun bilmiş və rədd etmişdir. İslam dünyasının bu hegemonçu ruhiyyəyə cavab vermək zamanı çatmamışdırmı?! Biz əgər öz münasibətlərimizi tənzim və qardaşcasına etsək, buna qadir olarıq. Amerika İslam ölkələrinin İndoneziyadan Şimali Afrikaya qədər vahid cəbhəsi qarşısında nə edə bilər?! Bu gün hegemonluq bu cəbhənin pərakəndəliyindən istifadə edir. Bu sıranı öz xeyrimizə möhkəmlətmək zamanı çatmayıbmı?! Sionist hökuməti kimi bir düşmənin İslam dünyasının qəlbində yerləşməsi bəlkə bizi bir-birimizə yaxınlaşdıra bilərdi, amma hegemonluğun sirli əlləri bu təhlükəni də öz qarşısından götürdü. Bizi elə vəziyyətə salıb ki, indi bir-birimizdən daha çox qorxuruq, nəinki düşməndən. Əziyyətverici şübhələr, yalanlar və təbliğat İslam ölkələrini yanlış və yersiz olaraq bir-birindən qorxutmuşdur.

Ərəb hökumət başçılarının İsrailin cinayətlərinə qarşı məsuliyyəti


Çox yaxın gələcəkdə ərəb hökumət başçılarının iclası keçiriləcək. Mən bu gün ərəb ölkələrinin başçılarının üzərinə düşən böyük məsuliyyəti xatırlatmağı lazım bilirəm. Bu gün İslam ümmətinin ərəb hökumət başçılarından gözləntisi var. Amerikalılar çalışdılar ki, ərəb hökumət başçılarının iclasını təsir altına salmaq üçün Şərmüşşeyx iclasında bir iş görsünlər. Onlar təsir altına düşməməlidirlər. Bu gün ərəb ölkə başçılarının iclasında qəbul olunan hər bir qərar tarixin həmişəlik mühakiməsində olacaq. Ərəb ölkə başçıları bu iclasda düzgün qərar çıxarmaqla özlərinə əbədi fəxr qazana bilərlər. Sözsüz ki, Fələstin məsələsi bu iclaslarla həll olunmur, amma bu iclaslar Fələstin xalqının tələblərini dünyaya çatdıra bilər.

İslam dünyasının potensialından istifadə edərək sionistlərin xəbislikləri qarşısında dayanmaq


İslam dünyası dayansın; bunu bacarar. Xəbisliklər və tamahkarlıqlar qarşısında dayanmaq üçün İslam dünyasının potensialı olduqca yüksəkdir. Bütün diqqətlər tez neftə yönəlir. Neft məsələsi deyil, bura dünyanın mərkəzidir. Qərb məhsullarının ən böyük bazarları bu regiondadır, heysiyyətləri buraya bağlıdır. Dünyanın ən mühüm yolları müsəlman ölkələrinin ixtiyarındadır. Bunlar dünyanın həyat damarlarıdır. Bunlar müsəlmanların əlindədir. Müsəlmanlar bunlardan istifadə etməlidirlər və bunu bacararlar.

Bütün bunlardan əlavə, bugünkü dünyada siyasi məntiq və siyasi söz keçərlidir. İstəyə bilərlər; hətta bu vasitələrdən istifadə etmədən. Hökumətlərin və xalqların istəyinin özünün beynəlxalq hadisələrdə əzəmətli çəkisi var. Təəssüf ki, bundan istifadə olunmur, bunlara əhəmiyyətsiz yanaşılır.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin