Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu


Qədim Şərq və Qədim Yunan materializmi



Yüklə 78,26 Kb.
səhifə4/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   2   3   4   5   6   7   8   9   ...   24
Fəlsəfə imtahan sualı cavabları

Qədim Şərq və Qədim Yunan materializmi –materializmin ilk forması olub, ətraf dünyanı və predmetləri öz-özlüyündə, şüurdan asılı olmayaraq tədqiq edir (Fales, Levkipp, Demokrit, Heraklit).
Avropada Yeni dövrün mexaniki materializmi –bu forma əsasında təbiətin öyrənilməsi dayanır. Lakin təbiətin bütün çoxobrazlığının xassə və münasibətləri materiyanın mexaniki hərəkət formasına gətirilir (Q.Qaliley, F.Bekon, C.Lokk, J.Lametri, K.Helvetsi və s.).
İdealizmin isə iki əsas formasını göstərmək olar:
Obyektiv idealizm –İdeya, Allah, və yaxud, Ruhun –ümumiyyətlə ideal başlanğıcın təkcə materiyadan deyil, həm də insan şüurundan asılı olmadığını bəyan edir(Platon, F.Akvinalı, Hegel).
Subyektiv idealizm –xarici dünyanın, onun xassə və münasibətlərinin insan şüurundan asılı olduğunu iddia edir (Berkli).Subyektiv idealizmin ifrat forması solipsizm (lat. solus –bir, yeganə; ipse –özüm). Solipsizmə görə yalnız məxsusi “Mən” və mənim duyğularım haqqında səhihliklə danışmaq olar. 
Fəlsəfədə materializmi adətən “Demokrit xətti”, idealizmi isə “Platon xətti” adlandırırlar.
Varlığın ilk əsası ilə bağlı məsələdə üç yanaşma mövcuddur: monizm, dualizm, plüralizm.
Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.
Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)
Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.
Əgər ontoloji baxımdan, yəni varlığın ilkin əsasının nədən ibarət olması sualına verdiyi cavabdan asılı olaraq fəlsəfə materializm və idealizmə bölünürsə, bu varlığın hansı üsullarla dərk olunması, ümumiyyətlə dərk olunub-olunmaması sualına verdiyi cavaba görə, yəni, qnoseoloji baxımdan bir neçə cərəyana bölünür. Onlardan ikisi əsas və daha geniş yayılmışdır: rasionalizm və empirizm. Bu cərəyanlar bütün fəlsəfə tarixini izləsə də, aşkar ifadə olunmuş cərəyan kimi Yeni dövrdə formalaşmışdır.

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin