Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu: Anbarlaşma və anbar idarəetmə sistemi Plan


Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbariar kimi də qəbul edirlər



Yüklə 33,26 Kb.
səhifə3/21
tarix05.01.2022
ölçüsü33,26 Kb.
#111288
1   2   3   4   5   6   7   8   9   ...   21
Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbariar kimi də qəbul edirlər. Bu anbarlar dövlət mülkiyyəti statusunu qoruyub saxlayan müəssisə və təşkilatların anbarları hesab olunur və bu anbarlarda dövlət və xüsusisıfarişlər üçün məhsullar saxlanılır. Dövlət anbarları da başqa təşkilatlara müəyyən müddətə istifadəyə verilir, məhsulların saxlanılması üçün tarif və ya razılaşdırılmış müqavilə qiymətləri üzrə icarə haqları alınır. Nəqliyyat təşkilatları, gömrük orqanları, səhm nəzarət paketi xüsusən dövlətə məxsus olan ayrı-ayrı səhmdar cəmiyyətlərin anbarları əsasən dövlət anbarları adlanır. Ümumi istifadə anbarları öz müştərilərinin sifarişləri (bəzi hallarda zəruriyyət yaranır) əsasında məhsul partiyasını dəstləşdirir (əvvəlcədən çeşidlərə ayırmadan, yenidən işləmədən, emal etmadən) və təyinat məntəqələrinə göndərir. Mahiyyət baxımından bu tip anbarlar istehsal və ticarət - vasitəçi strukturlar üçün məhsulların saxlanılmasında əlavə zona, sahə rolunu oynayır.

Təsərrüfat subyektləri üçün xüsusi anbarlar tikmək və onları saxlamaq böyük maliyyə vəsaiti tələb etdiyindən xüsusi anbar qurğularına malik olmadan ümumi istifadədə olan anbarlardan istiadə etməyə səy göstərirlər. Firma öz məhsullarının saxlanması haqqında məsələni həll edən zaman ümumi istifadədə olan anbarlara ilkin variant kimi baxır. Belə anbarlar çevik olduğundan firmaları bir çox problemlərdən azad edir. Ümumi istifadə təyinatlı anbarlar firmalardan investisiya tələb etmir. Bu anbarlarda müxtəlif növ anbar xidmətlərinin göstərilməsi üçün xüsusi qulluqçular tutulur.

Ümumi istifadədə olan bir çox anbarlar da öz növbəsində ixtisaslaşır. Onlar yalnız metal, dondurulmuş ərzaq məhsulları və ya təsərrüfat təyinatlı məhsulların qəbulunu və emalını həyata keçirir.

Ümumi istifadə təyinatlı anbarlar istehlakçılarınhesabına aşağıdakı xidmət növlərini təklif edir:




Yüklə 33,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin