Riskin təsnifləşdirilməsi ilə əlaqədar digər baxışlar da vardır. Bunlardan aşağıdakıları qeyd etmək olar: Bəzi sosial risklər də daxil olmaqla siyasi risklər;
Maliyyə riskləri. Bu, ölkəyə və onun hüquqi şəxs-lərinə verilən borc kapitalının ödənilə bilməsi imkanları ilə müəyyən edilir;
Əməliyyatlar üzrə risklər. Bunlara aşağıdakıları aid etmək olar: a) xarici ticarət fəaliyyəti ilə əlaqədar risklər (xarici ticarət riski); b) istehsal fəaliyyəti ilə əlaqədar risklər (istehsal riski).
Riskin qiymətləndirilməsi investorların hamısı, xüsu-silə də xaricdə kapital qoyuluşunu həyata keçirənlər üçün olduqca vacibdir. Çünki, xarici investor tanış olmadığı bir mühitə düşür. Ona görə də o, bu yeni mühitin müsbət və mənfi cəhətlərindən xəbərdar olmalıdır. Bu məqsədlə müxtəlif mənbələrdən informasiya almaq, onu təhlil etmək və qiymətləndirmək lazımdır. Burada məqsəd xaricdə firma yaratmaq istəyən investora ilkin mərhələdə "harada" (kapital qoyuluşu üçün ölkə seçilərkən), "necə" (bazara daxil olmaq üsulu müəyyən olunarkən) və "nə zaman" (layihədə nəzərdə tutulan müddətdən asılı olaraq) suallarına cavab axtarmaqda kömək göstərməkdir. Xaricdə fəaliyyət göstə-rən firmalara münasibət isə başqa cür olmalıdır. Çünki onl-ar demək olar ki, fəaliyyət göstərdikləri ölkələrin necə de-yərlər "ab-havasına" öyrənmişlər və onları digər məsələlər-bazarda fəaliyyətin genişləndirilməsinin məqsədəuyğun olub-olmaması, hansı məhsulların satışının təşkili və s.–maraqlandırır.