Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır. Bu ölkələrə hər il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya müha-cirətin miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox mühacirət edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd etmək olar.
Iş qüvvəsini qəbul edən müxtəlif ölkələr üçün miq-rasiya mənbələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən iş qüvvəsinin üz tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla, digər tərəfdən isə onun tarixi, etnik, coğrafi əlaqələri ilə bağlıdır. Və müasir mühacir axını-nın coğrafiyasında nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Belə ki, XX əsrin 60-cı illərində ABŞ üçün yeni mühacirətin əsas mənbələri Kanada və Qərbi Avropa (mü-hacirət edənlərin 80%-ə qədəri) olmuş, 70-80-ci illərdə isə Latın Amerikası və Asiya ölkələri üstünlüyə malik olmuşlar. 90-cı illərdə bu regionlardan ABŞ-a gələnlər mühacirət edənlərin 85%-ni təşkil etmişdir.
Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tər-kibi deyil, peşə və təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bitirməmişlər.
Əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Qanunvericilikdə iki meyl özünü göstərir. Bunlardan biri açıq iqtisadiyyata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və məhdudiyyətlərə əsaslanır.
Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazır-lanır. Dövlətin miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələn adamların, onlara ölkədə yaşamaq üçün vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaşlıqdan məh-rum edilməsinin, xarici iş qüvvəsindən istifadənin, onların işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin təşkili sis-teminin tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşki-lati və digər tədbirlər kompleksidir.
Inkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiya-nın sosial vəziyyətə və əmək bazarına nəzarət oluna bilmə-yən təsirinə yol verməmək üçün özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəldilən və himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında qanuna uyğun olaraq 1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir gəlməsinə yol verilmir. Qanunda həmçinin ABŞ-a iş axtarmaq üçün hər il 140 min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edilmişdir.
XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədr olaraq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunvericiliklərini sərtləş-dirmişlər. Məsələn, 1993-cü ildə Fransa ölkəyə yeni müha-cirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, Italiya, Ispaniya və Portuqaliya da özlərinin mühacirət haqqında qanunvericiliklərində bu istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konvensiyalar, o cümlədən, 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edilmiş insan hüquqlarına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri seçmək hüququ verilir. Bunlarla birlikdə razılaşma əldə edən, miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq normaları, inteqrasiya qruplaşmaları daxilində əhalinin və iş qüvvəsinin yerdəyişməsinin liberal normaları və üçüncü ölkələrə münasibətdə məhdudiyyətləri müəyyənləşdirir. Mə-sələn, Avropa Ittifaqı çərçivəsində əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiya axınını tənzimləyən bir sıra kon-vensiyalar imzalanmışdır. Bunların içərisində 1957-ci ildə bağlanmış və 1968-ci ildə qüvvəyə minmiş Roma müqavilə-sinin 52-ci yarımfəslində AI-nin ilk 6 iştirakçısı olan ölkə-lərin işçilərinə (sonra bu qayda AI-nin üzvü olan bütün öl-kələrə şamil edilmişdir) həmin ölkələrdə sərbəst surətdə iş axtarmaq hüququnu verən sənəd, sığınacaq verilməsi qaydalarını müəyyən edən və 1990-cı ildə qəbul edilmiş Dublin konvensiyasını göstərmək olar. Qeyd etmək lazımdır ki, həm bütün əhalinin, həm də iş qüvvəsinin beynəlxalq miq-rasiyası təkcə iqtisadi deyil, eyni zamanda çox mürəkkəb siyasi və sosial-iqtisadi hadisədir. O, istər iş qüvvəsinin gəldiyi, istərsə də getdiyi ölkənin əmək ehtiyatlarının tərkibinə əhəmiyyətli dərəcədə təsir edir, əmək bazarında şəraitin dəyişməsinə, iş qüvvəsini qəbul edən ölkənin sosial-siyasi həyatında çətinliklərə gətirib çıxarır. Mühacirət yerli əhali ilə "gəlmələr" arasında, etnik, irqi, dini və mədəni fərqlərlə əlaqədar bir sıra problemlərin meydana çıxmasına səbəb ola bilər. Bütün ölkələrin rastlaşdıqları çətinliklər bunu əyani surətdə sübut edir.
Dostları ilə paylaş: |