Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin azad ticarət variantında həmin əmtəənin daxili bazar qiyməti dünya qiymətindən yüksək olmamalıdır. Bu zaman qiymətlər nisbətən aşağı olduğu üçün daxili tələbat artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan məhsulların hesabına ödənilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin yüksəlməsi isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul istehsalının artmasına səbəb olur.
Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsul-ları satın almaq məcburiyyətində qalırlar.
Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyi-nin azalmasına gətirib çıxarır. Çünki əmtəələrin daha yük-sək qiymətlərlə satılması onları daha çox xərclə istehsal et-məyə səbəb olur. Başqa sözlə, resursların az səmərə verən sahələrə getməsi prosesi baş verir.
Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbətən daha asan və sərfəlidir. Çünki tarif-lərdən dövlətin müəyyən məbləğdə gəliri olur.
Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olunduqda idxal olunan və yerli istehsalçıların isti-fadə etdikləri xammalların, materialların, avadanlıqların qiymətləri yüksəldiyinə görə, onların istehsal xərcləri və deməli, məhsulların qiymətləri də artır, nəticə isə ondan iba-rət olur ki, istehsalın həcmi azalır. Bu zaman vergilərdən daxilolmaların azalmasından dövlətə dəyən "zərər" idxal vergi və rüsumlarından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir ki, gömrük vergi və rüsumlarından isti-fadə edilməsi mexanizmi də ölçülüb-biçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir.
Beləliklə, tariflərin himayədarlıq xarakteri daşıma-sından danışarkən qarşıya qoyulan məqsəd nəzərə alınma-lıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət gömrük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məh-sulların daxili (milli) qiymətlərini artırır, onun rəqabət qabi-liyyətini azaldır və deməli, daxili (milli) bazarı müdafiə edir.
Dostları ilə paylaş: |