Beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə milli valyuta sistemlərinin bazasında dünya valyuta sistemi əmələ gəlmişdir. Bu valyuta sistemi dövlətlərarası razılaşmalarla təsbit olunan beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır. Onun əsas ünsürləri bunlardır: 1) Valyuta mə-zənnələrinin müəyyən edilməsi və qorunub saxlanması me-xanizmi; 2) Beynəlxalq tədiyələrin tarazlaşdırılması qaydası; 3) Valyutaların dönərlilik şərtləri; 4) Beynəlxalq valyuta və qızıl bazarlarında istifadə olunan qaydalar; 5) Valyuta münasibətlərini tənzimləyən dövlətlərarası təsisatlar.
Bazar iqtisadiyyatı şəraitində pul vəsaitinin bir ölkə-dən digər ölkəyə hərəkəti, valyutaların dəyişdirilməsi və sa-tılması hər şeydən əvvəl iri kommersiya bankları tərəfindən həyata keçirilir. Bu bankların müxtəlif ölkələrdə filialları, yaxud da başqa ölkələrin banklarında hesabları olur. Müş-tərilər onların vasitəsilə ticarət və başqa xarici iqtisadi əmə-liyyatları həyata keçirməklə bir ölkənin banklarındakı hesablara pul qoymaq, lazım gəldikdə isə onu hər hansı bir valyuta ilə digər bir ölkənin banklarına köçürtdürmək imkanına malik olurlar.
Dostları ilə paylaş: |