Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar: 1) Sərbəst dönərli valyutalar; 2) Qismən dönərli valyutalar; 3) Dönərli olmayan (qapalı) valyutalar.
Həm rezidentlər, həm də qeyri–rezidentlər tərəfin-dən həyata keçirilən istənilən əməliyyat (ticarət, qeyri-ticarət, kapitalın hərəkəti) nəticəsində əldə edilən və qanun-vericiliklə məhdudiyyətlər qoyulmayan valyutaya dönərli valyuta deyilir.
Ayrı-ayrı əməliyyat növləri və müxtəlif valyuta söv-dələşmələri nəticəsində əldə edilən, lakin müəyyən məhdu-diyyətlər qoyulan, yaxud da icazəalma qaydaları ilə tənzi-mlənən valyuta qismən dönərli valyuta adlanır.
Nəhayət, dönərli olmayan (qapalı) valyuta dedikdə, əslində qanunvericilikdə bütün əməliyyatlar üzrə müəyyən məhdudiyyətlər qoyulan milli pul vahidi nəzərdə tutulur. Buna keçmiş Sovet Ittifaqının milli valyutasını – manatı misal göstərmək olar.
Valyuta sövdələşmələrinin subyektləri arasında mey-dana çıxan bütün münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta bazarı bir-birilə müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kommersiya banklarından və digər maliyyə idarələrindən ibarətdir. Bu mənada valyuta bazarı alıcı və satıcıların toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında (məsələn, kommersiya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində oturub kompüter və telefon vasitəsilə digər bank-ların dilerləri ilə əlaqə saxlayır və valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.
Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əlaqəyə girir və sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə saniyədən 2-3 dəqiqəyə qədər çəkir. Onu təsdiq edən sənədlər sonra göndərilir, bank hesablarında müvafiq qeydlər isə iki iş (bank) günündə aparılır.
Dostları ilə paylaş: |