Qlobal problemləri xarakterinə və həll olunması üsullarına görə əsas etibarilə iki qrupa bölmək olar. Birinci qrupa "insan-cəmiyyət" sistemində meydana çıxan münasi-bətləri ifadə edən problemləri (əhalinin artması, yoxsulluğa, aclığa, xəstəliyə qarşı aparılan mübarizə; elmi-texniki inqi-lab şəraitində insanın özünün inkişafı və i.a.) ikinci qrupa isə "cəmiyyət-təbiət" sistemində meydana çıxan münasibət-ləri ifadə edən problemləri (ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, energetika və i.a.) aid etmək olar. Bütün ümum-bəşəri problemlər kompleksində əsas yeri canlı orqanizm-lərin ən yüksək pilləsi, ictimai-tarixi fəaliyyət və mədəniyyə-tin subyekti olan insan və onun gələcəyi tutur.
Bütün bunlar göstərir ki, qlobal problemlərin həlli, onların miqyası və kəskinliyi ayrı-ayrı ölkələrin hökumət-lərinin, siyasi partiyalarının və ictimai hərəkatların daha qətiyyətli fəaliyyət göstərmələrini tələb edir. Üçüncü minil-likdə dövlətin və xalqın qarşılıqlı əlaqələri bir məqsədə – bəşəriyyətin hər cür bəlalardan xilas olmasına yönəldilməlidir. Dünyəvi problemlərin həll edilməsi üçün bütün ölkələr səylərini birləşdirməlidirlər. Bu sahədə BMT çox iş görmüş-dür və daha çox iş görə bilər. BMT ümumbəşəri problemləri geniş müzakirə etməyə, onların həll edilməsinin uzun-müddətli strategiyasını işləyib hazırlamağa, bütün ölkələrin mənafelərinin bərabərliyini təmin etməyə, ehtiyatlara olan tələbatı aşkara çıxarmağa imkan verən hərtərəfli hökumətlərarası mexanizmdir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və səmərə-li məcraya salınmasında milli və beynəlxalq səviyyələrdə fəaliyyət göstərən və sülhün təmin olunması uğrunda ümum-dünya hərəkatında iştirak edən bir sıra nüfuzlu təşkilatların da böyük rolu vardır. Belə təşkilatlara sülhü müdafiə komi-tələrini, BMT-nin Avropa iqtisadi komissiyasını, ekoloji mühitin qorunması uğrunda mübarizə aparan yaşıllar hərəkatını, Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkila-tını, Avropa Iqtisadi Birliyini, Islam Konfransı Təşkilatını və s. misal göstərmək olar.
Məlum olduğu kimi, hərbi məqsədlər üçün ayrılan vəsaitin artması meyli iqtisadi və sosial problemlərin kəskin-ləşməsinə doğru aparır. Bü isə xalqın həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, iqtisadiyyatın hərbiləşdirilməsi bəşəriyyət üçün böyük fəlakətlərə səbəb ola bilər. Son illərdə kütləvi qırğın silahlarının azaldılması və məhv edilməsi bu problemin müsbət həlli üçün geniş imkanlar açmışdır. Vaxtilə böyük hərbi potensiala malik olan ölkələrdə indi hərbi müəssisələrin konversiyası prosesi -gedir. Bu o deməkdir ki, maliyyə, əmək və maddi ehtiyatla-rın mülki və hərbi sahələr arasında bölünməsindəki nisbətdə birincinin xeyrinə dəyişikliklər baş verir. Daha doğrusu, bu, bir zamanlar hərbi silah və sürsat istehsal edən müəssisələrin inves-tisiya əmtəələri və geniş xalq istehlakı məhsulları buraxan müəssisələrə çevrilməsi prosesidir. Və bu həm investisiya əmtəələri, həm də xalq istehlakı malları istehsalını artırmağa imkan verir.
Dostları ilə paylaş: |