FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT



Yüklə 0,49 Mb.
səhifə10/20
tarix11.01.2022
ölçüsü0,49 Mb.
#110770
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Kommutasiya(birləşmə)

mərkəzi

Kommutasiya mərkəzi mobil rabitə sisteminin əsas mərkəzi yəni beyni və ya dispeçer məntəqəsi adlanır.Bütün baza stansiyalarından daxil olan informasiyalar kommutasiya mərkəzində kommutasiya olunaraq (müvafiq çıxış kanalına verilməklə)onun daxilindən keçirlər.Beynəlxalq şəhərlərarası və stasionar yerli telefon şəbəkələrinə çıxış rabitəsi həmçinin beynəlxalq şəhərlərarası yerli və ya digər rabitə şəbəkələrindən mobil rabitə şəbəkəsinə giriş rabitələri də kommutasiya mərkəzinin vasitəsi ilə təmin edilirlər.kommutasiya mərkəzinin tərkibinə 1-neçə prosessordan təşkil olunmuş, paylanmış, idarəetmə strukturuna malik olan.idarəetmə kompleksi və ya mərkəzi nəzarət kompleksi daxildir.Kommutasiya mərkəzində yaradıla bilən bütün çıxışlar giriş və tranzit rabitələr mərkəzi idarəedici kompüterlər bilavasitə iştirakı ilə yaradılır. Kommutasiya mərkəzinin sadələşdirilmiş blok sxemi aşağıdakı kimidir.


Şəkildən göründüyü kimi rabitə xətləri rabitə xətləri rabitə kontrelləri vasitəsi ilə kommutasiya sahəsinə qoşulurlar .Bu kontrellərin əsas vəzifəsi informasiyanı müəyyən dərəcə emal etməkdən 1-birindən ayrılmaqdan və bufer yaddaşında saxlamaqdan ibarətdir.Kommutasiya mərkəzinin bütün işi mərkəzi idarəedici qurğu MİQ tərəfindən idarə olunur.MİQ çox yüksək riyazi təmimnata malikdir.Belə təminatın tərkibinə yenidən proqramlaşdırma işləri daxildir.Kommutasiya mərkəzinin tərkibində müxtəlif terminallar vardır.Onların vasitəsi ilə operatorlar mərkəzin işinə qoşulur və lazım gəldikdə müəyyən əməliyyatlar aparırlar.Bundan başqa kommutasiya mərkəzində hansı iformasiyanın olduğunu göstərən və qeyd edən qurğular vardır.Yəni registrlar.

Operatorlar abunəçilər haqqında və onlara hansı xidmətin göstərilməsi haqqında informasiyanın sistemə daxil edirlər.Kommutasiya mərkəzinin əsas elementlərindən biri verilənlər bazasıdır.Buraya yerli registrdə,qonaq registrdə və adentifikasiya mərkəzində və avadanlıqlar registrində qeydə alınmış verilənlər aiddir.Yerli registrdə göstərilıcək xidmət haqqında məlumat saxlanır.Bura abunəçinin harda yerləşməsi və onun hansı xidmətlər göstərməsi daxildir.Qonaq registri də eyni informasiya yadda saxlayır,lakin bu informasiyalar müvəqqəti olaraq abunəçilərə aid informasiyalar olur.

Adentifikasiya mərkəzi abunəçilərin tanınma və şifrələnməsini təmin edir.Avadanlıq registri-özündə stansiyanın saz olması və oğurlanmış aparatlar haqqında məlumatları cəmləşdirir.Kommutasiya mərkəzinin ən vacib elementlərindən biri kommutasiya sahəsidir ki,o da ayrı-ayrı modullardan təşkil olunur,o modulların tutumu stansiyaların tutumundan aslı olur.Həmçinin kommutasiya sahəsi hər hansı 2 2 girişi və çıxışı olan 4 məftilli zamana görə sıxlaşdırılmış rabitə dövrlərini kommutasiya dövrlərinə xidmət edir.Mobil rabitə sisteminin kommutasiya mərkəzi və baza stansiyası fasiləsiz olaraq işləyir.





Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin