##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 14// level= 1// sumtest=20 // name= Məqsəd və intonasiyaya görə cümlənin növlər //



Yüklə 1,44 Mb.
səhifə14/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

##num= 14// level= 1// sumtest=20 // name= Məqsəd və intonasiyaya görə cümlənin növlər //


1. Verilmiş cümlələrdən biri sual cümləsidir.

A) Polkovnik, bu saat hərəkəti idarə edən kimdir?

B) Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı.

C) Ax, bu uşaqlar necə bədzatdırlar.

D) Nə ömrə acıyır, nə yaşa dünya.

E) gözlərim səni görsün, nə könlüm qübar eyləsin.

2. Əmr cümləsi hansı bənddədir?

A) Badi - səba, söylə mənim yarıma Gözəllər çıxıbdı seyranə, gəlsin.

B) Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünün bir allahıyam.

C) Az danışsan əgər, sözün sayılar.

D) İgid ölər, adı qalar.

E) Düzdüm dastanıma, əsər yaratdım.

3. Əmr cümləsinə aid verilmiş xüsusiyyətlərdən hansı səhvdir?

A) Xəbəri felin əmr və lazım şəkilləri ilə ifadə olunur.

B) Məqsəd və intonasiyaya görə cümlə növlərindən biridir.

C) Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. bildirir.

D) Belə cümlələrlə müəyyən bir işə təhrik edilir.

E) Bədii ədəbiyyatda üslubi rəngarənglik yaratmaq üçün işlənir.

4. Verilmiş xüsusiyyətlərdən hansı nəqli cümlələrə aid deyil?

A). Başqa cümlə növlərinə nisbətən çox işlənir.

B) Hər hansı məlumatı bildirir.

C) Xəbəri yalnız felin xəbər şəkli ilə ifadə olunur

D) Sonunda, əsasən, nöqtə işarəsi qoyulur.

E) Məqsəd və intonasiyaya görə cümlə növüdür.

5. Əmr cümləsi hansı bənddədir?

A) İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin.

B) Mənmi qocalmışam, ya zəmanəmi?

C) Az danışsan əgər, sözün sayılar.

D) İgid sözü mərd - mərdanə yaxşıdır.

E) Düzdüm dastanıma, əsər yaratdım.

6. «Azərbaycanın qəhrəman oğul və qızlarına eşq olsun! » cümləsinin növünü təyin edin.

A) nida cümləsi

B) nəqli cümlə

C) sual cümləsi

D) əmr cümləsi

E) yarımçıq cümlə

7. Predikativliyin tamamlanmasında mühüm əlamətlərdən ikisi düzgündür. Düzgün bəndi müəyyənləşdirin.

1 - intonasiya 2 - kəmiyyət kateqoriyası

3 - mənsubiyyət kateqoriyası 4 - zaman kateqoriyası

5 - növ kateqoriyası 6 - məntiqi vurğu

A) 1, 6

B) 2, 5

C) 1, 4

D) 3, 5

E) 5, 6

8. Nida cümlələri hansı bəndlərdədir?

1 - Dağlara duman gəlsə, bil ki, mən çəkən ahdır.

2 - Ah çəkdim, başın üstündə yarpaqlar əsdi.

3 - Of. . . Gözlərin kor olsun, cəllad! Sənə demədimmi şirindir övlad? !

4 - Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

5 - Qorxdum, ay aman, yarıldı bağrım!

A) 3, 4, 5

B) 2, 3

C) 1, 4, 5

D) 1, 3, 5

E) 4, 5

9. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün göstərilən qaydalardan ikisi yanlışdır.

Düzgün bəndi müəyyənləşdirin.

1 - Ki ədatı ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.

2 - Cümlədə həmcins üzvlərin hər biri məntiqi vurğu qəbul edir.

3 - Ümumiləşdirici sözlər məntiqi vurğu ilə deyilir.

4 - Xitablar məntiqi vurğulu olur.

5 - Xüsusiləşmələr məntiqi vurğu ilə oxunur.

6 - Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.

7 - Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.

A) 1, 6

B) 3, 5

C) 1, 5

D) 2, 4

E) 5, 7

10. İntonasiya haqqında verilən fikirlərdən ikisi yanlışdır. Düzgün bəndi müəyyənləşdirin.

1 - Məqsəd intonasiyanın göstəricisidir, ona xidmət edir.

2 - İntonasiya səs tonunun alçalıb - ucalmasıdır.

3 - Öz - özlüyündə cümlə kimi formalaşmayan və predikativ münasibət bildirməyən hər hansı söz və ya söz birləşməsi intonasiya vasitəsi ilə cümləyə çevrilə bilməz.

4 - İntonasiya cümlənin sərhədini müəyyənləşdirir.

5 - İntonasiya cümlə daxilində sintaqmların yerini müəyyənləşdirir.

6 - İntonasiya emosional münasibətlər yaradır.

7 - İntonasiya ilə predikativlik vəhdətdə olub, adətən, birlikdə çıxış edir.

A) 1, 3

B) 2, 4

C) 3, 6

D) 5, 7

E) 1, 4

11. Əmr cümləsinə aid verilmiş xüsusiyyətlərdən hansılar səhvdir?

1 - Xəbəri felin əmr və şərt şəkilləri ilə ifadə olunur.

2 - Məqsəd və intonasiyaya görə cümlə növlərindən biridir.

3 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

4 - Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. bildirir.

5 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 4

D) 1, 4, 5

E) 1, 5

12. Bu vasitələr dildə danışanın həqiqətə münasibətini bildirir və predikativliyin yaranmasında əsas rol oynayır. Yanlış olanları seçin.

1 - kəmiyyət kateqoriyası 2 - intonasiya

3 - modallıq 4 - zaman kateqoriyası

5 - şəxs kateqoriyası 6 - növ kateqoriyası

7 - hal kateqoriyası

A) 1, 6, 7

B) 1, 2, 4

C) 1, 2, 3

D) 2, 3, 4, 5

E) 1, 4, 6, 7

13. Əvvəl düzgün, sonra yanlış mühakimələri ardıcıllıqla düzün.

1 - Predikativliyin yaranmasında zaman və şəxs kateqoriyaları əsas rol oynamır.

2 - Predikativlik sözlərin varlıq haqqında məlumat verməsidir.

3 - Predikativlik sözlərin cümlə daxilində müəyyən qayda ilə düzülüşündən yaranır.

4 - Cümlədə predikativlik əsas əlamət olsa da, intonasiya vacib sayılmır.

5 - Cümlədəki sözlər məna və qrammatik cəhətdən əlaqədə olur.

6 - Predikativliyin yaranmasında modallıq da əsas rol oynayır.

7 - Predikativlik sözlərin cümlə daxilində qrammatik cəhətdən əlaqələnməsindən yaranır.

A) 2, 3, 5, 6, 7, 1, 4

B) 1, 2, 4, 5, 3, 6, 7

C) 2, 3, 5, 1, 6, 7, 4

D) 2, 3, 5, 7, 1, 4, 6

E) 1, 2, 3, 5, 4, 6, 7

14. Əvvəl nəqli, sonra əmr, daha sonra sual cümlələrini ardıcıllıqla düzün.

1 - Dağ başından enib düzə, Bir ox kimi süzə - süzə, Neçə ceyran nişan aldım. . .

2 - Mənmi qocalmışam, ya zamanəmi.

3 - Bilirəm ki, deməyəcək bir sevgilim, bir də Vətən. . .

4 - Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

5 - Qızılgül, bağü - bustanım, nə dersən.

6 - Qalmaz belə, qalmaz dünya.

7 - Ovçu, insaf elə, keçmə bu düzdən.

A) 1, 2, 3, 6, 4, 5, 2, 7

B) 2, 3, 5, 4, 1, 6, 7

C) 1, 3, 6, 4, 7, 2, 5

D) 3, 4, 1, 6, 7, 2, 5

E) 1, 5, 6, 2, 7, 3, 4

15. Verilmiş mühakimələrdən əvvəl yanlış, sonra düzgün olanları ardıcıllıqla düzün.

1 - Eyni qrammatik mövqeyə, eyni nitq materialına və əlaqə vasitələrinə malik olan cümlələri fərqləndirən məqsəddir.

2 - Məqsəd intonasiyanın əsasıdır.

3 - İntonasiya məqsədin göstəricisidir.

4 - Cümlənin növlərə bölünməsində intonasiyanın rolu çox böyükdür.

5 - Sual cümlələri cavab tələb edir və bu cavab yalnız bütöv cümlələrdən ibarət olmalıdır.

6 - Predikativliyin yaranmasında zaman və şəxs şəkilçiləri mühüm əhəmiyyət daşıyır.

A) 1, 5, 2, 3, 4, 6

B) 2, 3, 5, 1, 4, 6

C) 4, 6, 1, 2, 3, 5

D) 1, 4, 2, 3, 5, 6

E) 3, 6, 1, 2, 4, 5

16. Nida cümləsinə aid xüsusiyyətləri əvvəl səhv, sonra düz olanları ardıcıllıqla göstərin.

1 - Xəbəri yalnız feilin əmr şəkli ilə ifadə olunur.

2 - Sözlərin təkrarı da nida cümlələrinin yaranmasında iştirak edir.

3 - Yalnız nidalar vasitəsilə formalaşır.

4 - Nida cümlələrində sual əvəzliklərindən də istifadə edilir və sual məsədi daşımır, cümləyə emosianal çalar qazandırır.

5 - Xəbəri yalnız feilin xəbər şəkli ilə ifadə olunur.

6 - Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir.

7 - Nida cümlələrinin yaranmasında nidalardan da geniş şəkildə istifadə edilir və əsas əlaməti sayılır.

A) 1, 3, 5, 6, 7, 2, 4

B) 1, 3, 5, 7, 2, 4, 6

C) 2, 4, 6, 1, 3, 5, 7

D) 1, 3, 5, 2, 4, 6, 7

E) 1, 5, 2, 3, 4, 6, 7

17. Uyğunluğu müəyyən edin.

I Əmr cümləsi

II Nəqli cümlə

III Sual cümləsi

1 - Belə cümlələrdə müəyyən bir hadisə əşya, əlamət və. s haqqında məlumat təsviri yolla verilir.

2 - Bu cümlənin xəbərləri bəzən feilin başqa formaları ilə də ifadə olunur. Vacib formaları ilə ifadə daha çox üstünlük təşkil edir.

3 - Epik əsərlərin hamısında, lirik əsərlərin böyük qismində, söhbətlərdə, çıxışlarda, məktub və protokollarda, məqalə və izahatlarda və. s bu cümlələr əsas yer tutur.

4 - Bu cümlələrin feili xəbərləri daha çox feilin xəbər forması ilə ifadə olunur.

5 - Bu cümlələrin əmələ gəlməsində müxtəlif vasitələrdən istifadə edilir və bundan asılı olaraq 3 növə ayrılır.

6 - Bu cümlələrdə ədatlarından (ki, məgər. . . ) da istifadə edilir. Lakin əsas vasitə hesab olunmur, sadəcə olaraq təsir qüvvəsini artırır.

7 - Sərəncamlar, qərarlar, göstərişlər, hərbi xarakterli fikirlər, əsasən, bu cümlələrlə çatdırılır.

A) I 2, 7; II 1, 3, 4; III 5, 6

B) I 2, 5; II 1, 4, 6; III 3, 7

C) I 6, 7; II 1, 2, 4; III 3, 5

D) I 2, 4; II 3, 5, 7; III 1, 6

E) I 4, 7; II 2, 3, 6; III 1, 5

18. Uyğunluğu müəyyən edin.

I Ah, o günlər bizimçin ən xoş gün . . .

II Qaldır məni, ta görməyim insandakı zülmü.

III Arif, mənə bax, səndəmi övhamə qapıldın?

1 - Bu hicran düşkünü, illər xəstəsi Qapına dərmanə gəlsin - gəlməsin? 2 - Mən sənə tay - tuş deyiləm, rədd ol buradan. 3 - Vay - vay, bəşər deyil bu! Xoxandı, xortdandı, qoyma gəldi! 4 - İnsanları yaratmaqda var, bəlkə də, bir hikmət, İblisə nə hacət? 5 - Tfu, sənin təxtinə, ey çərxi - fələk, Daşdan yaranmamış, ətdəndir ürək! 6 - Yan, yan, tərlanların yaşıl yuvası, Ruhuma can versin ölüm havası.

A) I 4, 5; II 1, 6; III 2, 3

B) I 2, 3; II 1, 5; III 4, 6

C) I 1, 3; II 2, 4; III 5, 6

D) I 3, 5; II 2, 6; III 1, 4

E) I 3, 6; II 1, 2; III 4, 5

19. Uyğunluğu müəyyən edin.

I İntonasiya

II Predikativlik

III Məntiqi vurğu

1 - Bu vasitə danışanın məqsədini qabarıqlaşdıran vahiddir.

2 - Zaman və şəxs kateqoriyası kimi vasitələr onun yaranmasında mühüm rol oynayır.

3 - Bu vasitə cümlənin mənaca fərqlənən vahidini müəyyənləşdirir.

4 - Sümlə daxilində sintaqmların yerini müəyyənləşdirir.

5 - Avazlanma ucadan tələffüz etmə, səs tonunun ucalıb - alçalmasıdır.

6 - Nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.

7 - Sözlərin varlıq haqqında məlumat verməsidir.

A) I 4, 5; II 2, 7; III 1, 3, 6

B) I 3, 4; II 1, 2; III 5, 6, 7

C) I 2, 3; II 4, 7; III 1, 5, 6

D) I 1, 5; II 2, 3; III 4, 6, 7

E) I 3, 6, 7; II 2, 4; III 1, 5

20. Uyğunluğu tapın.

A - nəqli cümlə

B - sual cümləsi

C - əmr cümləsi

D - nida cümləsi

1 - Xəbəri yalnız feilin əmr şəkli ilə ifadə olunur.

2 - Xüsusi forması yoxdur.

3 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

4 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

5 - Sorğu məqsədilə işlədilir.

6 - Sual intonasiyası ilə əmələ gəlir.

7 - Sonunda daha çox nida işarəsindən istifadə edilir.

8 - Hər hansı məlumatı bildirir.

A) A - 2, 3, 8; B - 5, 6; C - 1; D - 4, 7

B) A - 3, 5, 8; B - 6; C - 1; D - 2, 4, 7

C) A - 3, 8; B - 5, 6, 7; C - 1; D - 2, 4

D) A - 3, 8; B - 5, 6; C - 1; D - 2, 4, 7

E) A - 3, 8; B - 5, 6; C - 1, 2; D - 4, 7

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin