4. Təmsilin məzmununun təhlili üzrə işin təşkili. Müəllim hər bir qruppa
xüsusi tapşırıq verir. Birinci qrupp ifadəli oxumağa hazırlaşır; ikinci
qrupp əsas personajın ( qəhrəmanın) səciyyəsini yazır, üçüncü qrupp
personajları müqayisə etməyə hazırlaşır; dördüncü qrupp təmsildən az
tanış olan və tanış olmayan sözlərin mənasını izah etməyə hazırlaşır; b
beşinci qrup təmsilə aid bir epizodu rəsm edir; altıncı qrup təmsilin
şəkilli planını tutur, sözlə şəkilini çəkir.
Ola bilər ki, təmsili süjetinə görə ona, bənzəyən başqa təmsillə
müqayisə etmək ; ona bənzər hadisə quraşdırıb yazmaq; rollar üzrə
oxumaq (dramlaşdırmaq); personajlarla nə vaxt, harada, necə rastlaşmaları
haqqında danışmaq; onların həyatı barədə və s. danışmaq, plastilindən
personajlar yapmaq və s. tələb edilsin. Fəal müzakirə keçirilməsi. Təmsilin məzmunu ilə əlaqədar problem situsiyanınyaradılması (əqli hücum) fəal fikir mübadiləsinin aparılması.
Ümumiləşdirici müsahibə. Hər bir qrup liderinin cavabının (hesabatının) dinlənilməsi. Onların cavablarına əsasən qrupların fəaliyyətinin qiymətləndirilməsi.
Təmsilin ifadəli oxunması. Təmsilin bir – iki nəfər tərəfindən və rollar üzrə ifadəli oxunması. Ola bilər ki, rollar üzrə oxuya hər qrupdan bir nəfər cəlb edilsin.
Təmsilin əzbərlənməsi. Təmsil asan və maraqlı olduqda bir hissənin və ya bütövlükdə əzbərlənməsi üzrə iş gedir.
Evə tapşırıq. Təmsilin ideya məzmunu ilə əlaqədar həyati misallar, atalar sözləri, məsələlər öyrənmək, bənzər təmsillər tapıb oxumaq, əzbərləmək tapşırıla bilər.