FəNNİN ŞİFRƏSİ FƏNNİn adi “emal üsullari və aləTLƏR” T. e d., professor Əmirov Fariz


Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması



Yüklə 294,71 Kb.
səhifə12/15
tarix26.10.2022
ölçüsü294,71 Kb.
#118649
1   ...   7   8   9   10   11   12   13   14   15
Mühazirə N1 Kəsmə ilə emal üsulu (1) (1)

5. Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması


Maşınqayırma sənayesində maşın hissələrinin hazırlanması üçün tətbiq edilən
materiala konstruksiya materialları deyilir.
Konstruksiya materiallarının əsasını metallar təşkil edir. Bəzən konstruksiya materialları kimi-ağac materialları, plastik kütlələr və rezin materiallardan da geniş istifadə edilir.
Metal materiallar aşağıdakı növlərdə olurlar:
1.
2.
3.
Çuqunlar
Poladlar
Əlvan metal və ərintiləri
I. Çuqunlar - tərkibində 2,14%-dən artıq karbon (C) olan dəmir-karbon (Fe-C)
ərintisindən ibarət olub, maşınqayırmada əsas gövdələr (silindrlər bloku, sürətlər qutusunun gövdəsi, karterlər, dal körpünün gövdəsi və s.) gilizlər, dirsəklivallar, dişli çarxlar və böyük ölçülü silahların gövdə detallarının hissələrinin hazırlanmasında tətbiq edilir.
Çuqunlar çox bərk və kövrək olduğundan hissələr qəlibə tökmə vasitəsilə
hazırlanır.

5. Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması


Çuqunlar mexaniki xassələrinə görə (möhkəmliyinə və plastikliyinə görə) markalanır. Struktur tərkibindəki qrafitin formasına (lövhəvari, yumaqvari və kürəvari) görə üç növə bölünür:
  • Boz çuqunlar (CÇ-«seriy çuqun» deməkdir)-CÇ 10, CÇ 12, CÇ 15, CÇ 18 markalarından az məsul və aşağı yük altında işləyən maşın hissələri hazırlamasında tətbiq edilir. CÇ 21, CÇ 24, CÇ 25, CÇ 30, CÇ 35-markalarından daha məsul hissələrin (pistonlar, silindrlər, komprossorlar, mühərik başlıqları, dəzgah çatılar və s.) hazırlamasında istifadə edilir.
  • Döymə çuqunlar (KÇ -«kovkiy çuqun» deməkdir)-KÇ 35-10, KÇ 37-12 yüksək dinamik və statik yük altında işləyən hissələrin (reduktor karteri, təkər topları, qarmaqlar və s.) hazırlamasında tətbiq edilir.

  • KÇ 30-6, KÇ 33-8-daha aşağı məsul hissələrinin hazırlanmasında (başlıqlar, qaykalar, flanslar və
    s.) tətbiq edilir.
    KÇ 50-5, KÇ 55-4-daha yüksək möhkəmliyə görə məsul hissələrin (diyircəklər, oymaqlar, muftalar və s.) hazırlanmasında tətbiq edilir.
  • Yüksəkmöhkəm çuqunlar (B4-«Vısokoproçnıy çuqun» deməkdir).: BÇ 45-0, BÇ 50-7, BÇ 50-2, BÇ 60-2, BÇ 100-4, BÇ 120-4 və s. Bunlardan daha məsul hissələr-silindrlər, gilizlər, dirsəkli vallar və s. hazırlanır.

  • Çuqunun emal olunma qabiliyyəti onun bərkliyi ilə əlaqdardır. Bərklik artdıqca emal olunma qabiliyyəti pisləşir.

Yüklə 294,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin