Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 20. Multimedia xidmətləri



Yüklə 474,5 Kb.
səhifə24/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
Mövzu 20.

Multimedia xidmətləri
Multimedia xidmətlərinə iki mövqedən – rabitə xidməti tələb edən istifadəçi və xidməti təşkil edən operatoru nöqteyi-nəzərindən baxmaq lazımdır. Rabitə xidmətini tələb edən istifadəçi nöqteyi-nəzərindən multimedia rabitə xidmətləri dedikdə, o sifariş etdiyi siyahıra uyğun onu qane edən multimedia xidmətlərinə təminatı tələb edir. Faktiki olaraq istifadəçi üçün tamamilə fərqi yoxdur ki, multimedia rabitə xidmətləri hansı şəbəkə modeli əsasında təqdim edilir və ona görə xidmət növü şəbəkənin texnologiyasından asılı deyildir. Istifadəçilər üçün multimedia dedikdə, eyni vaxtda ona bir neçə “vahid” audiovizual informasiyanın təqdimatı nəzərdə tutulur. Bir halda bir rabitə seansı çərçivəsi daxilində istifadəçiyə hər növ informasiya məkanın təqdimatı nəzərdə tutulur. Multimedia xidmətlərinə nümunə üçün aşağıdakıları göstərmək olar: eyni zamanda bir fiziki mühitdə İnternet protokolu ilə TV-yayımı, telefon rabitəsi, sürətli İnternet, faksimil rabitə və Data məlumatların ötürülməsi, “ağ lövhə”-məsafədən təhsil, telesəhiyyə, videomüşahidə və s. xidmətləri.

Rabitə operatorları NGN şəbəkə infrastrukturu daxilində istifadə edilən avadanlığın tərkibi və imkanları səviyyəsində bir qrup abunəçi və ya bir abunəçi terminalı ilə NGN şəbəkəsi (yaxud xarici server) arasında qarşılıqlı əlaqədə abunəçi terminalına audio-video (səs, video, mətn) məlumatlarının ştürülməsi xidmətlərini İTU-T-nin tələblərinə uyğun şəkildə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, multimedia xidmətləri tərkibindəki xidmət növlərinin çeşidliyi isrifadəçilərə təqdim edilməsi şəbəkənin texnoloji imkanlarından aslıdır.

Rabitə üzrə Avropa Standartlaşdırma İnstitutu (ETSİ) “genişzolaqlı multimedia xidmətləri” anlayışını qəbul etmişdir. Genişzolaqlı şəbəkə vasitəsi ilə istifadəçilərə paket və ya özək seli bir fiziki mühitdə səs, video və Data məlumatlarının birgə verilişi multimedia xidmətləri adlanır. Genişzolaqlı rabitə şəbəkələri ilə real vaxt rejimində fasiləsiz müxtəlif növ paket selinin birgə bir fiziki mühitdə ötürülməsi prosesi təşkil edilir.

Multimedia rabitə xidmətlərinin müxtəlif parametrlərinə görə onu siniflərə bölmək olar. Kanal kommutasiya şəbəkələrində B-İSDN vasitəsi ilə gstərilən xidmətlər nöqteti-nəzərindən multimedia rabitə xidmətlərinin siniflərə bölünməsinin nümunəsi kimi İTU-T I.211 saylı tövsiyəni göstərmək olar. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, abunəçilərə təqdim edilən maəyyən xidmətlər B-İSDN-nin köməyi ilə həyata keçirilir. Tövsiyəyə görə abunəçi terminal avadanlığı və xidmət növlərini təqdim edən şəbəkə sisteminin imkanları arasında təşkil edilən rabitə seansında bütün xidmət növləri interaktiv və paylanmış struktura malik olmaqla iki yerə bölünür və onların hər biri öz növbəsində bir neçə xidmət sinifinə bölünür.




Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin