Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 28. C&C08 TİPLİ ELEKTRON ATS-İN TEXNİKİ XÜSUSİYYƏTLƏRİ



Yüklə 474,5 Kb.
səhifə32/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   55
Mövzu 28.

C&C08 TİPLİ ELEKTRON ATS-İN TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

C&C08 sisteminin yaranma zəruriyyəti
Bu gün insan cəmiyyəti elmlə təhciz edilmiş texnologiyalar erasına daxil olur və informasiyaların tez göndərilməsi və qəbul edilməsi aktual məsələyə çevrilir. Müasir telekommunikasiya şəbəkələri getdikcə artmqda olan böyük həcmli informasiyaları ötürməkdə və emal etməkdə çətinliklərə məruz qalır.

Abunəçilər tərəfindən telekommunikasiya xidmətlərinə olan tələbatlar da daimi olaraq durmadan artır. Telekommunikasiya texnologiyalarının açarı sayılan verilənlərin optik üsulla ötürülməsi, internet şəbəkəsi və mobil rabitə texnologiyasını hər gün dəyişirlər.

Yeni telekommunikasiya xidmətlərinə olan tələbatları ödəmək, telekommunikasiya sahəsinin yüksək sürətlə inkişafı və genişlənməsini təmin etmək üçün Çin Xalq Respublikasının HUAWEI kompaniyası böyük tutumlu və proqramla idarə olunan rəqəmli kommutasiya sistemi işləyib hazırlamışdır. Şirkətin öz tətqiqatları əsasında hazırladığı bu texnologiya C&C08 tipli ATS adlanır.

C&C08 tipli ATS açıq sistem olub standart PSTN, İSDN və İN rabitə növlərini yaratmaqla yanaşı internete qoşulmanı və SDH-lə optik interfeyslərin təşgil olunmasını da təmin edir. Qeyd edək ki, bütün bunlar vahid bir platformada reallaşmışdır. ATS-in güclü siqnallaşma sistemi vardır. O, məftilli və məftilsiz texnologiyaları özündə birləşdirir, dar zolaqlı və geniş zolaqlı rabitə xidmətləri yaratmağa imkan verir. Bu tip ATS-lər yerli stansiya, tranzit stansiya, şəhərlərarası və şlyuz tipli qovşaq stansiyası kimi istifadə edilə bilirlər. Bunlardan əlavə C&C08 stansiyası intelektual şəbəkələrdə SPP və siqnal şəbəkələrində isə STP kimi də tətbiq edilə bilirlər.

C&C08 sisteminin yaranması və inkişafı tam rəqəm texnologiyalarına keçmək, inteqral sistem yaratmaq və geniş zolaqlı xidmətlərin artırılması zəruriyyətindən irəli gəlmişdir.


Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin