Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 33 C&C08 tipli ATS-də çağırışlara xidmət olunma prosesi



Yüklə 474,5 Kb.
səhifə45/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
Mövzu 33

C&C08 tipli ATS-də çağırışlara xidmət olunma prosesi

Çağırışlara xidmət olunma haqqında ümumi məlumat
C&C08 tipli ATS-də çağırışlara xidmət olunma prosesin əməliyyat sistemi (OS) verilənlər bazasının altidarəetmə sistemi - VBAİ əsasında təşkil edilir. Çağırışlara xidmətetmənin altsistemi şəkil 8.10-da göstərilmişdir.

Çağırışlara xidmətetmə prosesi UİTŞ, verilənlərin ötürülməsi və inteqral xidməti rabitə şəbəkəsi ilə yaradılan bütün xidmətlər zamanı birləşmələrin yaradılmasıını təmin edir.

Çağırışlara xidmətetmə sistemi bu tip ATS-də üç növ modullardan istifadə edilməklə təmin edilir. Bu modul aşağıdakılardır:


  • rabitəni idarəedən blok – RİB ;

  • resurları idarəedən modullar – RİM. Bu modullar DTMF siqnallarını

idaetmək üçün , stansiyadaxili verici-qəbuledici avadanlıqlarının və şəbəkənin idarə olunması üçün istifadə edirlər;

  • siqnallaşma sisteminin emal modulları - SSM. Belə modullar ayrılmış

kanal və ümumikanal siqnallaşmasını emal etməyə xidmət edirlər.

Rabitə yaradılması prosesində çağırışların emal sistemləri arasında və eləcə də modullar arasında xüsusi məlumat mübadiləsi rejimi istifadə edilir. Bu zaman verilənlər bazasına qoşulma asinxron rejimində təmin edilir.

C&C08 tipli ATS-də eyni zamanda bir neçə verilənlər bazasından istifadə edilə bilər. Bunlara baza çağırışları üçün olan DBMS, DBMS Centrex, DBMS İN, DBMS TMN və s. verilənlər bazası aiddir.

Hər bir siqnallaşma sistemi modulu (SSM) müxtəlif standartlara cavab verir və mövcud siqnallaşma sisteminin növləri ilə məsələn Q.931 R2, TUP, İSUP-la işləyir.

Rabitə yaradılarkən birləşmələrdə bir ədəd çagırılan SSM, bir ədəd RİB və bir ədəd çağırılan SSM iştirak edir. SSM protokolların razılaşmasını təmin edir. Razılaşma şəbəkə interfeys protokolları vəistifadəçi – şəbəkə interfeysi arasında aparılır. RİB –in əsas vəzifəsi nömrələri analiz etmək, daxili protokolları idarə etmək, qoşulan kanalların vəziyyətini araşdırmaq və təqdim edilən rabitə xidmətinin dəyərini qeyd etməkdən ibarətdir.

ATS-ə çağırışın daxil olunması SSM tərfindən qeydə alınır və bu halda o çağıran SSM kimi başa düşülür. Çağıran SSM şağırış haqda olan məlumatı rabitə yaradılması üçün RİB-ə verir.





Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin