Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 34 Stansiyadaxili rabitənin yaradılması



Yüklə 474,5 Kb.
səhifə46/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   55
Mövzu 34

Stansiyadaxili rabitənin yaradılması
C&C08 tipli ATS-də stansiyadaxili rabitənin yaradılması prosesi əsasən beş mərhələdə həyata keçirilir.

I mərhələ. Çağıran abunəçiyə stansiyanın “cavab” siqnalının göndərilməsi. ATS- ə qoşulmuş telefon aparatlarından birində mikrotelefon dəstəyi qaldırıldıqda, onun stansiyada yerləşən abunəçi komlekt (ASL) çağırış daxili olduğunu qeydə alır. Bütün abunəçi komplektləri kommutasiya modulunun (KM) tərkibində cəmləşdirir. Hər bir kommutasiya modulunun tərkibinə abunəçilərin prosessor modulu-APM (MPU) və DTVMF qurğusu daxildir. APM özü isə siqnallaşma sistemini idarə edən moduldan-SSM (SPM-ASL), rabitəni idarə eədn blokdan – RİB (CCB) və verilənlər bazasının altıidarəetmə sistemindən – VBAİ (DBMS) təşkil edilən bir prosessordur. Abunəçidən çağırış daxil olması haqda olan məlumatı ASL palatasının abunəçi xətləri prosessoru rabitə prosessoru vasitəsi ilə qəbul edilir. SSM-ASL çağıran abunəçinin verilənlərinin sorğusunu apararaq onun rabitə yaratmaq hüququnun olmasını araşdırır.

Çağıran abunəçiyə stansiyanın “cavab” siqnalının göndərilməsi sxemi şəkil 8.11-də göstərilmişdir.

Əgər çağıran abunəçinin rabitə yaratmaq hüququ vardırsa, onun abunəçu komplektinə RİB bloku qoşulur və onu məşğul edilmiş vəziyyətə keçirir.

Çağıran abunəçinin telefon aparatı tonal yığımlı aparat olduqda, onun xəttinə DTMF qəbuledicisi qoşulur. Bundan sonra APM rabitə yaradılmasının mümkün olduğunu təyin edir və həmin abunəçinin terminal moduluna komanda göndərir ki, çağıran xəttə stansiyanın “cavab” siqnalı göndərsin.

ASL-dən çağıran abunəçiyə stansiyanın “cavab” siqnalı göndərilməyə başlayır.

II mərhələ. Rəqəmlərin qəbulu və təhlili. Stansiyanın “cavab” siqnalını eşidən abunəçi çağırmaq istədiyi abunəçinin ünvan məlumatını bildirən nömrə rəqəmlərini yığmağa başlayır. Nömrənin birinci rəqəmi qəbul edildikdə rəqəmləri qəbul edən qurğu (DTMF), stansiyanın “cavab” siqnalını göndərən dövrəni xətdən açır. Tələb edilən sayda rəqəmlər qəbul edildikdən sonra abunəçilərin prosessor modulu (MPU) onları emal edir. Bundan sonra rabitənin idarəetmə bloku (CCB) verilənlər bazasının idarəetmə sisteminə (DBMS) müraciət edir və nömrənin prefiksini (ilk rəqəmlərini) təhlil etməklə stansiyadaxili rabitə yaradılmasına vacib olduğunu müəyyənləşdirir. Müəyyən sayda rəqəmlər qəbul edildikdən sonra SSM-ASL DTMF qəbuledici qurğusunu azad edir.

III mərhələ. Çağrılan abunəçiyə çağırış siqnalının göndərilməsi. Bu proses aşağıdakı ardıcıllıqla həyata keçirilir. RİB bloku qəbul edilmiş rəqəmlərə əsasən VBİA-da çağırılan abunəçinin koordinatlarını axtarıb tapır və çağırılan tərəfə onun abunəçi komplektinin məşğul edilməsi barədə bir komanda göndərir. Çağrılan abunəçinin komplektinin məşğul və ya boş olması müəyyənləşdirilir. Əgər həmin abunəçinin ASL komplekti məşğul deyildirsə çağrılan tərəfin SSM-ASL-i ona çağırış siqnalı göndərir. Bundan sonra çağırılan abunəçinin komplekti məşğul olan vəziyyətə keçirilir. Daha sonra RİB blokuna çağrılan abunəçiyə çağırış siqnalının göndərildiyi barədə məlumat çatdırılır. RİB bloku çağrılan abunəçiyə çağırış siqnalının göndərilməsini təmin edir. Bu siqnal çağrılan abunəçinin öz komplektindən göndərilir. Çağıran abunəçiyə çağırışa nəzarət, çağrılan abunəçiyə isə çağırış siqnalının göndərilməsi sxemotik olaraq şəkil 8.12-də göstərilmişdir.

Şəkildə göstərilmiş rəqəmlərlə əməliyyatların yerinə yetirilməsi ardıcıllıqlarını təsvir edilmişdir.




Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin