25
Sahələr üzrə də fərqlər vardır. Buna baxmayaraq
sahibkarlıqda dövlət himayəsinin ümumi əlamətləri möv-
cuddur. Bunlara aiddir:
- vergi güzəştləri;
- sahibkarlığa kömək proqramı;
- maliyyə köməyi;
- investisiya inkişaf proqramı;
- dövlət müqavilələrində iştirakına yardım;
- kurslar və informasiya nəşrlərinə yardım;
- resursların əlaqələndirilməsi;
- qarşılıqlı yardım üzrə müqavilələrin bağlanması
(təhsil və s.);
- ixraca yardım;
- informasiya sisteminin təşkilinə kömək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-
cü il 20 aprel tarixli 57 №-li qərarı ilə iqtisadi fəaliyyət
növləri üzrə kiçik sahibkarlıq (biznes) subyektlərinin
müəyyənləşdirilməsi zamanı hədlər təsdiq edilmişdir
(2009-cu il 18 dekabr 192 №-li qərarı ilə dəyişikliklər ol-
muşdur). Həmin hədlər aşağıdakı cədvəldə öz əksini tap-
mışdır.
Dostları ilə paylaş: