36
Birbaşa investisiya qoyan firmalar bu fəaliyyət sa-
həsində bir sıra üstünlüklər əldə edirlər:
1. Xammalın istehsal ölkəsinə daşınması xərclərin-
dən azad olurlar.
2. Hazır əmtəələrin daşınması xərclərindən azad
olurlar.
3. Müəyyən dərəcədə gömrük rüsumlarından azad
olurlar.
4. Müəyyən risklərdən azad olurlar.
5. İstehsal ölkəsinə yaxın ölkələrin bazarlarında
müəyyən qədər pay əldə etmək imkanı qazanırlar.
Portfel investisiyalarında firma və banklar, birbaşa
investisiyalarda olduğu kimi qoyulan vəsaitlərə nəzarət
olunmur və portfel investisiyası qoyan tərəf sahibkarlıq
hüququ əldə etmir.
Birbaşa investor firmasından fərqli olaraq portfel
investoru şirkətləri yalnız vəsaitə uyğun müəyyən % əldə
etməklə kifayətlənir.
Potfel investorları həmçinin birbaşa investorlardan
kapital qoyuluşunun həcmi ilə fərqlənir. Yəni, potfel in-
vestisiyalarında vəsait qoyuluşunun həcmi, birbaşa inves-
tisiyalara nisbətən dəfələrlə aşağı olur.
Dostları ilə paylaş: