69
dən düşür, onda İngilətərənin funt–sterlinqi bahalaşır və
ya əksinə. Valyuta məzənnəsində baş verən dəyişikliklər
isə əvvəlcə beynəlxalq əlaqələrdə
iştirak edən bütün mal
və xidmətlərin bazar qiymətlərinə, sonra isə bunlar vasitə-
si ilə digər bazarlara təsir göstərərək iqtisadiyyatda əsaslı
dəyişikliklərə yol açır. Valyuta bazarlarında valyutaların
alınıb satıldığı hər gün mətbuatda dərc olunan məzənnələr
cari və ya həqiqi məzənnə adlanır. Rəsmi məzənnə tətniq
edən ölkələrdə rəsmi məzənnə də mövcuddur.Valyuta mə-
zənnəsinin yüksəlməsi bir vahid xarici valyuta almaq üçün
daha çox milli pul vermək deməkdir ki, bunun nəticəsində
milli pul vahidi öz dəyərini itirir. Valyuta məzənnəsinin
azalması isə əks nəticə doğurur. Valyuta bazarında alış və
satış məzənnəsi mövcuddur.
Alış məzənnəsi rezident ban-
kın xarici valyutanın milli valyutaya aldığı məzənnəyə de-
yilir.
Satış məzənnəsi isə onun xarici valyutanı milli val-
yutaya satdığı məzənnəsidir. Düz qiymətləndirmədə (koti-
rovkada) satış məzənnəsi alış məzənnəsindən yüksək olur.
Bu fərq marja adlanır.
Bəzi ölkələrdə daha çox ehtiyac duyulan malların
alınması üçün valyuta kursları aşağı,
digər əmtəələrə isə
valyuta kursları yuxarı həddə hesablanır.
Bir sıra ölkələrdə valyuta sertifikatlarının alınması
üçün tələbnamələrin lazım olan vaxtdan 20 gün və ya 1 ay
əvvəl təqdim olunması qaydaları da mövcuddur.
Bir sıra ölkələrdə isə konkret məqsədlər üçün ayrılan
valyutanın miqdarına məhdudiyyətlər qoyulur.
Valyutanın dönərliliyi maliyyə bazarında əsas amil-
lərdən biridir. Bir valyutanın başqa bir valyutaya dəyişdi-
rilməsi dərəcəsinə valyuta dönərliyi deyilir.
70
Valyuta dönərliliyinin iki tərəfi mövcuddur:
1. Qeyri- rezident.
2. Xarici dönərlilik.
Məsələn, bu gün Fransada istər Fransa vətəndaşı
olanlar, istərsə də qeyri fransızlar üçün Fransa banklarında
olan pul vəsaitlərini Fransa frankı, dollar, evro və v.s. val-
yutalarla ala bilərlər. Eyni zamanda qeyd olunan istənilən
valyuta formasında ölkədən çıxara bilərlər.
Amma bir sıra ölkələrdə qeyri – rezident (yəni ölkə
vətəndaşları olmayanlar) dönərliliyinə icazə verilmir.
Keçmiş SSRİ-də və onun ərazisində olan dini müstə-
qil dövlətlər birliyində bu qayda indi də davam etməkdədir.
Qeyri – rezidentlər üçün bazarda valyuta dönərliliyi
problemdir. Ona görə də bu ölkələrə investisiya qoyuluşu
o qədər də səmərəli deyil və investorlar daha ehtiyyatlı ya-
naşırlar.
Azərbaycan Respublikasında bir qayda olaraq xarici
vətəndaşlara 1000, rezidentlərə isə 10000
dollar sərbəst
şəkildə ölkədən çıxarmağa icazə verilir.
Möhkəm valyuta o valyutaya deyilir ki, bir qayda
olaraq dönərli olur və dəyəri demək olar ki, stabil şəkildə
uzun müddət dəyişməz qalir.
Tam dönərlilik olmayan
ölkələrdə adətən dövlətin
nəzarət edə bilmədiyi ―qara bazar‖ deyilən qeyri rəsmi
valyuta ticarəti mövcud olur.
Dostları ilə paylaş: