82
bilərlər.
AİZ- həmçinin
bunda maraqlı olan ölkənin daxili
bazarının yüksək keyfiyyətli məhsullarla və ilk növbədə
isə idxal əvəzedici məhsullarla doldurulması üçün çox va-
cibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici
kapitalın iştirakı ilə idxal əvəzedici istehsal yaradılır. Gö-
ründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlə-
rin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək
mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin
hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır.
Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla
aşağıdakı kimi izah etmək olar:
Dostları ilə paylaş: