90
dan etibarən bir il ərzində tamamlanmalıdır. Əgər fakt
təsdiq olunarsa, məsələ aşağıdakı qaydada yoluna qoyulur:
- ya ixracatçı öhdəçilik götürəcək ki, qiymətləri qal-
dırsın;
- yaxud göndərilən malın miqdarını azaltsın;
- yaxud da antidempinq vergisi rüsumu müəyyən
edilsin.
Beynəlxalq idxal-ixrac sövdələşmələri təcrübəsi
müəyyən ticarət fəaliyyətinin bir sıra növlərini nəzərdə
tutur ki, bu da aşağıdakı müxtəlif mərhələlərdən və pillə-
lərdən ibarətdir: alqı-satqı müqavilələrinin bağlanmasına
hazırlıq; müqavilələrinin bağlanması; müqavilələrin icra-
sı. Bu mərhələlərin hər birində konkret vəzifələr (sazişlər)
yerinə yetirilir.
İlkin vəzifə idxalatçı və ixracatçı üçün kontragent seç-
məkdir. Kontragent seçmək mühüm və ən çətin məsələdir.
Əldə olunacaq naəliyyət kontragentin (ölkənin) xarakte-
rindən, razılaşmanın predmetindən asılıdır. Yalnız bundan
sonra ixracatçı və yaxud idxalatçı kontrakt bağlamaq üçün
razılaşmalara qoşulur.
Dostları ilə paylaş: