Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə66/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   126
beynelxalq-biznes

4. Kataloq (prospekt) qiymətləri – məhsul istehsal 
edən müəssisələr tərəfindən istehsal başlanğıc mərhələsin-
də müəyyən edilir və əsasən əmtəənin istehsalı və satışı 
üzrə xərclərə istiqamətlənir. 


159 
5. İstehlakçıların qiymətləri – mahiyyətcə kataloq 
qiymətləri ilə eynidir və adətən bazar qiymətlərindən aşağı 
olur. 
Dünya əmtəə bazarlarında qiymətəmələgəlmə ilə 
bağlı prosesləri təhlil edərkn qiymətlərin əmələ gəlməsinə 
istər ümumi qaydada, istərsə də sırf tətbiqi olaraq təsir 
göstərən bütün amilləri diqqətlə öyrənmək lazımdır. 
Təsirin xarakteri, səviyyəsi və sferalarına görə qiy-
mətəmələgətirən amilləri beş qrupa ayırmaq olar: 
1. Ümumiqtisadi amillər – məhsul növündən və 
onun konkret istehsalı və satışı şəraitindən asılı olmayaraq 
fəaliyyət göstərənlər: 
- İqtisadi tsikl; 
- Məcmu tələb və təklifin vəziyyəti; 
- İnflyasiya; 
2. Konkret iqtisadi amillər – verilmiş məhsulun 
xüsusiyyətləri, onun istehsalı və satışı şərtləri ilə müəyyən 
olunanlar: 
- xərclər; 
- mənfəət; 
- vergilər və yığımlar; 
- konkret qarşılıqlı əvəz edilə bilən əmtəələr üzrə 
tələb və təklif; 
- istehlak xüsusiyyəti: keyfiyyət, etibarlılıq, xarici 
görünüş, nüfuz; 
3. Spesifik amillər – yalnız bir neçə əmtəə və xid-
mət növünə münasibətdə fəaliyyət göstərənlər: 
- mövsümilik; 
- istismar xərcləri; 
- komplekslilik; 
- zəmanətlər və servis şərtləri; 


160 
4. Xüsusi amillər – xüsusi mexanizm və iqtisadi 
alətlərin fəaliyyəti ilə bağlı olanlar: 
- dövlət tənzimlənməsi; 
- valyuta məzənnəsi; 
5. Kənar iqtisadi amillər: 
- siyasi; 
- hərbi; 
- dini; 
- etnik ; və s. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin