181
dəliyindən xəbər verir. (Əlbəttə, bu heç də o demək deyil
ki, siz harada oldu qəsdən qəhvəni hortultu ilə içməlisiniz)
İşgüzar danışıqlar haqqında deyilən fikirlərdən birini
qeydsiz-şərtsiz qəbul etmək olar: belə danışıqlar zamanı
hiss, emosiya daim ağılın nəzarəti altında olmalıdır və
əgər həmsöhbətiniz bu nəzarəti itiribsə, ona da kömək et-
mək lazımdır ki, öz emosiyalarını cilovlasın. Bəzi «ağıllı»
şəxslər belə hallarda yüngül istehza ilə qarşılarındakı qı-
zışmış həmsöhbət üzərində tam qələbə çalmaq istəyirlər.
Lakin unutmaq lazım deyil ki, görüşünüzün məqsədi qələ-
bə çalmaq deyil, razılığa gəlməkdir. Məğlub olmuş tərəf-
müqabil heç vaxt sizin tərəfmüqabili və ya dostunuz olma-
yacaq. Ona görə də özündən çıxmış həmsöhbəti buna bən-
zər sözlərlə sakitləşdirmək daha düzgün olar: «Müzakirə
etdiyimiz məsələ ilə bağlı bizim fikirlərimiz üst-üstə düşə
və ya haçalana bilər, lakin mən istəməzdim ki, söhbətimizi
bu tonda davam etdirək»; «Əgər məsələnin bu cür qoyulu-
şu sizin heysiyyatınıza toxunursa, öz təklifinizi verin» və s.
Dostları ilə paylaş: