Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


  GUÖAM çərçivəsində azad ticarət zonasının



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə88/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   126
beynelxalq-biznes

12.3. 
GUÖAM çərçivəsində azad ticarət zonasının 
yaradılması 
 
Dövlət başçıları GUÖAM çərçivəsində azad ticarət 
zonasının yaradılması haqqında saziş layihəsi üzərində 
işin bitirilməsinin vacibliyini qeyd ediblər. GUÖAM-ın 
növbəti sammiti də Yaltada 20 iyul 2002-ci il tarixində ke-
çirilib. Bu Yalta görüşü «GUÖAM-ın üzvü olan dövlətlər 
arasında azad ticarət zonası yaradılması haqqında saziş» 
və «Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli 
cinayətlər ilə mübarizə sahəsində GUÖAM-a üzv olan 
dövlətlərin hökumətləri arasında saziş»in imzalanması ilə 
nəticələnmişdir. Üzv ölkələr arasında əməkdaşlığın daha 
da sürətləndirilməsi strategiyasını dəstəkləyən GUAM 
çərçivəsində hazırda beynəlxalq maliyyə təşkilatları tərə-
findən iki proqram maliyyələşdirilir. Bunlardan birincisi, 
TASIS çərçivəsində regional fəaliyyət proqramına əsasən 
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) 
gələcək inkişafına yönələn bir sıra layihələrin həyata keçi-
rilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, bütün GUAM 
ölkələri TRASEKA proqramının iştirakçılarıdır. İkincisi 
isə 23 dekabr 2002-ci il tarixli GUÖAM-ABŞ bəyanatına 
müvafiq olaraq, ABŞ tərəfinin GUÖAM ölkələri üçün ti-
carət və daşımalarda, Azərbaycan Respublikası Prezidenti-
nin İşlər İdarəsi sərhəd və gömrük nəzarətinin təmin edil-
məsində, terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narko-
tiklərin yayılması ilə mübarizədə yardım üzrə proqram la-
yihəsidir. Layihə üzv ölkələrin sərhəd infrastrukturlarının 
təkmilləşdirilməsi, о cümlədən lazımi tikinti işlərinin apa-
rılması, buraxılış məntəqələri üçün müvafiq avadanlığın 
alınması, işçi heyəti üçün təlimlərin keçirilməsi və Dünya 


218 
bankının konsessiya kreditlərinin alınmasına dair təkliflə-
rin hazırlanmasını nəzərdə tutur. Layihənin həyata keçiril-
məsinin məqsəd və mexanizmləri 4 iyul 2004-cü il tarixin-
də Yaltada imzalanan ticarət və daşımalara yardım layihə-
sinin həyata keçirilməsinə dair Memorandumda əks etdiri-
lib. 2005-ci ilin may ayında Özbəkistan prezidenti İ.Kəri-
mov GUÖAM-ın о dövrdəki sədri Moldova prezidenti 
V.Voroninə məktub göndərərək təşkilatı tərk etmək niyyə-
tində olduğunu bəyan edib. Bunun səbəbini isə ölkənin 
coğrafi mövqeyinin belə bir əməkdaşlığa imkan vermə-
məsi ilə izah edilmişdir. GUAM-ın formalaşması və inki-
şafına xüsusi xidmətləri olan Azərbaycanın keçmiş Prezi-
denti Heydər Əliyev təşkilat çərçivəsində olduqca əhəmiy-
yətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 
iyun 2001-ci il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə gö-
rüşlərində şəxsən iştirak edib. 22 may 2005-ci il tarixində 
GUAM-ın Kişinyovda keçirilmiş Zirvə Toplantısı təşki-
lata üzv olan dörd dövlətin hər birinin demokratik cəmiy-
yət qurulması, Avropaya inteqrasiya, dayanıqlı iqtisadi in-
kişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair 
yekdil fikirdə olduqlarını nümayiş etdirmişdir. Dövlət baş-
çıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması 
zərurətini qeyd edərək, bunun reallaşdırılması üçün GUAM 
Xarici İşlər Nazirləri Şurasına müvafiq tapşırıqlar vermiş-
lər. Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il ta-
rixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata 
keçmişdir. Belə ki, bu toplantıda 1997-ci ildən mövcud ol-
muş birlik əsasında Demokratiya və İqtisadi inkişaf na-
minə Təşkilat– GUAM təsis olunmuşdur. Kiyev Zirvə 
Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul 
etmişlər.GUAM-ın Nizamnaməsinə görə demokratik də-


219 
yərlərin bərqərar olunması, davamlı sosial-iqtisadi inkişa-
fın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorun-
ması, Avropaya sıx inteqrasiya, üzv dövlətlərin iqtisadi, 
humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndi-
rilməsi Təşkilatın başlıca məqsədləridir. Beynəlxalq ter-
rorçuluq, ekstremizm və aqressiv separatizmin bütün növ-
lərinə və onlarla bağlı olan digər mənfi hallara qarşı mü-
barizə sahəsində əməkdaşlığın gücləndirilməsi; İqtisadiy-
yat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləş-
dirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata 
keçirilməsi. GUAM təşkilatına daxil olan dövlətlərin 
əməkdaşlığının real nəticəsi kimi Virtual mərkəz və Döv-
lətlərarası İnformasiya - Təhlil Sistemi (VM\DİTS) layi-
həsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi hə-
yata keçirilməkdədir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin