15
naşı, eyni zamanda ölkələrarası iqtisadi əlaqələrin möv-
cudluğunu obyektiv zərurətə çevirir.
Beynəlxalq əmək bölgüsünün nəticəsi olaraq, ölkələr
arasında ticarət genişlənir, kapital qoyuluşu, kreditlərin
verilməsi, elmi-texniki əməkdaşlıq mümkün olur. Bu pro-
ses dərinləşdikcə dünya bazarı inkişaf edir və dünya təsər-
rüfatının formalaşmasına səbəb olur.
Dünya ölkələri arasında ixtisaslaşma inkişaf etdikcə
və əmək bölgüsü dərinləşdikcə ölkələrarası kooperasiya
əlaqələri də güclənir. İstehsalın kooperasiyalaşması hər bir
ayrıca məhsul istehsalında ən yüksək iqtisadi nəticə əldə
etmək məqsədi ilə bir-birini tamamlayan ixtisaslaşmış is-
tehsalın qarşlıqlı əlaqəsidir.
Dostları ilə paylaş: