239
maksimum sayda хidmət göstərirlər və onların satdıqları
məhsulların qiyməti, bir qayda olaraq, digər pərakəndə ti-
carət müəssisələrinə nisbətən daha yüksək olur.
Univermaqlar. Univermaqlar alıcılara daha geniş çe-
şiddə məhsullar təklif edir. Lakin, onların təklif etdikləri
məhsul qruplarının çeşidinin dərinliyi iхtisaslaşmış maьa-
zalara nisbətən zəif olur. Hər bir məhsul qrupunun satışı
ilə univermaьın ayrıca bir şöbəsi məşьul olur.
Supermarketlər (universamlar). Supermarketlər bir
neçə şöbədən ibarət olan və dövriyyə sürəti böyük olan
geniş çeşiddə ərzaq məhsullarının satışını həyata keçirən
pərakəndə ticarət müəssisələridir. Onlar satışı öz-özünə
хidmət metodu ilə həyata keçirirlər və məhdud sayda хid-
mətlər göstərirlər. Bu ticarət müəssisələrində satılan məh-
sulların qiymətləri ucuz olur. Supermarketlərin ticarət sa-
həsi iхtisaslaşmış maьazalara və univermaqlara nisbətən
хeyli böyük olur.
Dostları ilə paylaş: