Finans Leasing ifrs report



Yüklə 1,43 Mb.
səhifə46/50
tarix04.01.2022
ölçüsü1,43 Mb.
#56025
1   ...   42   43   44   45   46   47   48   49   50

(v)Şərti Öhdəliklər


Məhkəmə prosedurları.Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Şirkətə qarşı irəli sürülə biləcək iddialarla əlaqədar Rəhbərlik öz təxminlərinə, daxili və peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı konsolidasiya olunmuş maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi.Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Şirkətlər Qrupunun əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərhlərinə müvafiq orqanlar tərəfindən etiraz edilə bilər. Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi və mühakimələri şərh edərkən daha inandırıcı mövqe nümayiş etdirə bilər və keçmişdə nəzərdən keçirilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxa bilər. Bunun nəticəsində Şirkətlər Qrupuna qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. Vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

Rəhbərlik hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, xarici valyuta və gömrüklə bağlı Şirkətlər Qrupununmövqeləri qorunacaqdır. Müvafiq olaraq, 31 dekabr 2014-cü il tarixində potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin