Фяза вя заман


PLAN:1.Cismin cəkisi 2.Mayenin qərarlaşmiş axını 3.Axının kəsilməzlik şərt Ədəbiyyat siyahısı



Yüklə 4,26 Mb.
səhifə15/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
PLAN:1.Cismin cəkisi

2.Mayenin qərarlaşmiş axını

3.Axının kəsilməzlik şərt

Ədəbiyyat siyahısı


  1. N. Qocayev - Mexanika Bakı 1978

  2. N. Qocayev - Optika Bakı 1983

  3. Kalasnikov - Elektrik bəhsi Bakı 2001

  4. Friş və Timoryeva – Fizika kursu

  5. E.Şposki – Atom fizikası Bakı 1961

6.A.Əmiraslanov Umumi fizika praktikumu
1. Cismin çəkisi.
Tutaq ki , hər hansı dayaq üzərinə cisim qoyulmuşdur. Bu cismə ağırlıq qüvvəsi təsir edir. Bu qüvvə cismin ağırlıq mərkəzinə tətbiq olunub( şəkil 1,a ). Cisim özü P qüvvəsilə dayağa təzyiq göstərir, bu qüvvə dayağa tətbiq olunub ( şəkil 1 , b ) . həmin yağa təsir edən qüvvə cismin çəkisidir.

Yerin cəzbetməsi nəticəsində cismin tərpənməz üfqi dayağa , yaxud asıldığı yerə göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. Belə tərif Yer şəraitində yaylı tərəzi ilə cismin çəkisini təyin etmək təcrübəsinə əsaslanır. Qollu tərəzidə cismin çəkisini tapmaq məsələsi , çismin çəkisinin əvvəlcədən çəkisi məlum olan çəki daşları ilə tarazlığını tapmaq prinsipinə əsaslanır. Belə qollu tərəzini , çəki daşları və cisimlə birlikdə Yer kürəsinin müxtəlif hissələrinə apardıqda heç bir dəyişiklik hiss olunmayacaqdır. Əslində isə həm cismin , həm də daşların çəkisində müəyyən dəyişiklik olur. Bunların kütləsi isə sabit qalır. Çismin çəkisi çisim ilə dayağın qarşılıqlı təsirinin nəticəsidir. Dayaqda deformasiya baş verdiyindən elastiki qüvvə meydana çıxır. Nyutonun üçüncü qanununa görə dayaq həmin qüvvə ilə cismə təsir göstərir. Dayağın reaksiya qüvvəsi , çismə tətbiq olunubdur ( şəkil 1, v ) .





(a) mg P N Şəkil 1.


Cisim tarazlıqda olduqda dayağın reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. Dayaq tərpənməz olduqda cismin çəkisi ağırlıq qüvvəsinə bərabər olur :

( 1)

Əgər dayaq düzxətli bərabərsürətli hərəkt edirsə, onda yenə də ( 1 ) ifadəsi öz qüvvəsində qalır. Məsələn , düzxətli bərabərsürətli hərəkət edən vaqonda cismin çəkisi , onun Yer şəraitində çəkilən çəkisindən heç nə ilə fərqlənməyəcəkdir. Ümumiyyətlə , bütün inersial hesablama sistemlərinə görə cismin çəkisi ağırlıq qüvvəsinə bərabərdir. Ancaq bu iki qüvvəni eyniləşdirmək olmaz. Cismin çəkisi – cisim tərəfindən dayağa , yaxud asıldığı yerə tətbiq olunan qüvvədir. Ağırlıq qüvvəsi isə cismin Yer tərəfindən cəzb olunma qüvvəsidir.

İnersial olmayan sistemlərdə cismin çəkisi ağırlıq qüvvəsindən fərqli olur.

Kosmik gəmi təcili ilə hərəkət etdikdə ( kəsmik gəmi sərbəst-düşmə hərəkətində olduqda ) bunun daxilindəki adamların və cisimlərin dayağa heç bir təsiri olmur. Belə halda insan fizioloji çəkicizlik hiss edəcəkdir. Cisimlər və kosmonavt dayağa təzyiq göstərmir və cisimlər deformasiya olunmur. Məsələn , kresloda oturmuş kosmonavt oturacağa heç bir təzyiq göstərmir. Nyutonun üçüncü qanununa görə kreslo da kosmonavta təsir göstərmir. Ona görə də həmin kreslonu götürsək , kosmonavtın vəziyyəti dəyişməz. Çəkisizlik şəraitində adam hər hansı bir qaykanı burursa , onda adam özü burğu istiqamətinin əksinə hərəkət edəcəkdir .

..


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin