Фязлуллащ компани


Beşinci hissə HƏZRƏTİN İMAMƏTİ HAQQINDA



Yüklə 1,55 Mb.
səhifə48/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

Beşinci hissə

HƏZRƏTİN İMAMƏTİ HAQQINDA


Həzrət Peyğəmbərin vəfatından sonra onun canişini olaraq İslam ümmətinə rəhbərlik üçün imamın mövcudluğu bütün firqələrin qəbul etdiyi bir həqiqətdir.Çünki heç bir qurum və cəmiyyət rəyasətsiz və rəhbərsiz yaşaya bilməz. Amma belə bir sual yaranır ki, Peyğəmbərin canişini kim ola bilər? Bu şəxsdə hansı xüsusiyyətlər olmalıdır? Sünnə əhli belə qəbul etmişdir ki, Peyğəmbərdən sonra müsəlmanlara rəhbər xalq tərəfindən seçilməlidir. Xalq tərəfindən seçilmiş xəlifənin isə məsumluğundan günahsızlığından danışmağa dəyməz. Beləcə sünni əqidəsinə görə İslami xilafət dünyəvi hakimiyyətlə bir sırada dayanır. Sadəcə, xalq tərəfindən seçilmiş rəhbər Quran pirinsiplərinə əsaslanır.

Şiə əqidəsinə görə isə Peyğəmbərdən sonra imamət məqamı ilahi bir məqamdır. Həzrət Peyğəmbər Allah tərəfindən göndərildiyi kimi, imam da Allah tərəfindən təyin olunmalıdır. Rəhbər əxlaqi fəzilətlərə malik olmaqla yanaşı, həm də pak olmalıdır. Onun paklığı və günahsızlığı ilkin şərt sayılır. Pak adamı tanımaq isə xalqın işi deyil. Ona görə də xəlifə seçimində müsəlmanların iştirakı şərt sayılmır. Hətta xalqın bir şəxsə tabe olması da həmin şəxsin imamət dəlili deyil.

İmam sözünü lüğət mənasında hər bir rəhbərə aid etmək olar. Məsələn, cəmiyyət namazında pişnamaz dayanan şəxs də imam adlanır. Hətta küfür başçılarına da imam demək olar.

Amma kəlam elmi baxımından imamət dedikdə Peyğəmbərin (s) ilahi canişininin rəhbərliyi nəzərdə tutulur. Belə bir rəhbərə itaət etmək hamının vəzifəsidir. Belə ki, Peyğəmbərin (s) canişini Quran pirinsipləri əsasında hakimlik etməli, maarif və dini əhkamı xalqa çatdırmalı, mənəvi həyatın dirçəlişinə başçılıq etməlidir.

Şiələrin imamət məsələsində başqa bir dəlili Allahın lütfüdür. Allah bəşəriyyətə lütf göstərərək Peyğəmbərini göndərmişdir. Allah heç zaman yaratdığı bəşəri ilahi rəhbərsiz qoymur. Allah-təala Qurani-kərimdə buyurur: «Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər».1

Lütf dəlilini sünnə əhli Peyğəmbərə (s) münasibətdə qəbul edir. Allahın lütfü kamil olmasına baxmayaraq, onlar imama münasibətdə bu həqiqəti inkar edirlər. Hansı ki, ilahi lütfə əsasən, Peyğəmbərdən sonra imam Allah tərəfindən təyin edilməlidir. Peyğəmbər (s) öz həyatı dövründə imamı xalqa tanıtdırmalıdır. Bu məsələ Qədire-Xumda nazil olmuş təbliğ ayəsi vasitəsi ilə də təsdiqlənir. Xacə Nəsirəddin Tusi «Təcridul-etiqad» kitabında imamət məsələsinin bir lütf olduğunu təsdiqləyir.

Lütf dəlilindən savay bir çox Quran ayələri də ilahi imamət və xilafətin gerçəkliyini təsdiq edir. Məsələn, ayələrdən birində belə buyurulur: «Sənin Rəbbin mələklərə «Mən yer üzündə bir xəlifə yaradacağam» dedi».2 Başqa bir ayədə Allah həzrət İbrahimə belə buyurur: «Səni insanlara imam təyin edəcəyəm».3

Ayənin davamında isə belə buyurulur: «Zalımlar mənim imamlığıma nail olmazlar». Ayədən göründüyü kimi Allah yalnız məsum insanları imamət, rəhbərlik məqamına seçir. Əllamə Təbatəbai «Əl-mizan» təfsirində yazır: «Quranın müxtəlif ayələrindən bu mövzu ilə bağlı aydın olur ki, harada imam adı çəkilirsə, təfsir ünvanında onun ardınca hidayət sözü də zikr olunur. Quranda buyurulur: «Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik».4

Başqa diqqət yetiriləsi bir mövzu Allahın imamət məqamı haqqında belə buyurmasıdır: «Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə inananlardan olsun».5 Ayədən göründüyü kimi imam yəqin məqamına sahib olmalıdır.

Şiə əqidəsinə görə, məsum imamlar həzrət Məhəmmədə (s) qədər olan peyğəmbərlərdən fəzilətlidirlər. Belə bir sual yarana bilər ki, yalnız imamət məqamına malik olan həzrət Əli (ə) İbrahim kimi həm peyğəmbər, həm də imamət məqamına malik olan peyğəmbərdən fəzilətli ola bilərmi? Bu sualın cavabında deyə bilərik ki, imamət məqamının müxtəlif dərəcələri vardır. Peyğəmbərlər də peyğəmbərlikdə eyni dərəcədə olmamışlar. Həzrət Əli (ə) ən kamil imamət məqamına malik olan şəxsdir. Qeyd olunduğu kimi imam yəqin məqamına da sahib olmalıdır. Allah-təala belə insanlara səmaların sirrini açdığını bəyan edir. Həzrət Əlinin (ə) yəqinliyi həzrət İbrahimin yəqinliyindən üstün olmuşdur. Məhz yəqin məqamının üstünlüyü səbəbindən həzrəti İbrahim peyğəmbərdən fəzilətli saya bilərik. Məsələn, İbrahim öz Allahından diləyir ki, ölüləri necə diriltdiyini ona göstərsin. Həzrət Əli (ə) isə belə buyurur: «Əgər bütün hicablar aradan qaldırılsa, mənim yəqinliyimə bir zərrə də əlavə olmaz».

Bu da məlumdur ki, İslam Peyğəmbəri (s) bütün ilahi elmlərin tərcümanı olmuşdur. Quranda onun haqqında buyurulur: «Ona çox qüvvətli olan öyrətdi».1 Şübhəsiz ki, bu sayaq elmə malik olmayan şəxs həzrət Məhəmmədin (s) yerində otura bilməzdi. Bir sözlə, imamın da Peyğəmbər kimi qüdsi ruhu olmalıdır.

Fərz edin ki, çoxlu xəstəsi olan vicdanlı bir həkim bir müddət səfərə çıxmalı olur. Məlum məsələdir ki, o səfərə çıxdığı müddətdə bu xəstələrin həkimə ehtiyacı olasıdır. Ona görə də həmin həkim səfərə çıxmazdan qabaq yerində inandığı bir həkimi qoyur. Həzrət Peyğəmbər (s) ruhların həkimi idi. Necə ola bilərdi ki, o rehlət edəcəyini bildiyi halda yerində başqa bir ləyaqətli canişin qoymayaydı?!



İmam dinin mühafizi, müsəlmanlar arasında nizamın əsası, dünyanın islah səbəbi, möminlərin izzətidir. İmamət çiçəklənməkdə olan İslamın köküdür. İmam Allahın halalını halal, haramını haram bilir. O, ilahi hədlərin icrası üçün ayağa qalxır və dini müdafiə edir. İmam nuru bütün yer üzünü bürümüş günəş kimidir. Onun olduğu üfüqə əl çatmır. İmam on dörd gecəlik ay tək nuranidir. O, qaranlıqlarda yol göstərən hidayət ulduzudur. İmam təşnələr üçün şirin sudur. İmam xalq arasında Allahın əmini, qalibidir!


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin