Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


Yuxarı səviyyədə yalnız strateji əhəmiyyətli qərarların qəbul edilməsi sxemi



Yüklə 1,66 Mb.
səhifə17/28
tarix10.01.2022
ölçüsü1,66 Mb.
#108533
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
3. Yuxarı səviyyədə yalnız strateji əhəmiyyətli qərarların qəbul edilməsi sxemi. Bu sxemin reallaşması korporasiyanın ayrı-ayrı subyektlərinə maksimal hüquqların verilməsi ilə bağlıdır. Bu sxemin çətinlikləri cəld manevrə etməklə və resursların çətin bazar iqtisadiyyatı şəraitində toplanması ilə bağlıdır.

4. İri korporasiyanın «övlad» və «nəvə» filialları, səhmdar münasibətlərin və hü­quq­ların mürəkkəb şəbəkəsi olan «kollanan» təşkilat sxemi. Üstünlükləri: maliyyənin latent hərəkətləri, real nəticələrin korrektə edilməsi.

Qüsurları: xarici orqanlarla və bir-biri ilə münasibətlərdə korrupsiya və kriminal təzahürlərin ortaya çıxması.

Nəzəriyyədə bunlar korporativ qurumların əsas «ideal» sxemləridir, təcrübədə isə korporasiyanın tələbatından asılı olaraq korporativ biznes bu strukturların simbio­zundan (qarışığından) istifadə edir. Korporativ strukturların yeni növləri aşağıdakı şəraitdə formalaşacaq: inteqrasiya münasibətləri (bu münasibətlərin xarakteri geniş diapazonlu ola bilər – konyunktur bazar amillərindən şəxsi və ərazi amillərinədək); müqavilə münasibətlərindən; mülkiyyət münasibətlərindən.

Fikrimizcə, korporasiyaların yaradılması zamanı çoxsəviyyəli iyerarxiyadan mərkəzdən­qaçma situasiyalarında əmələ gələn qarşılıqlı münasibət və əlaqələri nəzərə alsaq, bu növlər arasında sərt sərhəd yoxdur.

M
ürəkkəb təşkilatların idarəetməsinin əsas təşkilat formalarının dinamikası aşağıdakı ümumi sxemdə təmsil olunub:

Bu sxemin şərti olmadığına baxmayaraq o, müasir korporasiya qurumlarının təşkilatı inkişafının dinamikasının mühüm nöqtələrini əks etdirir.

Korporativ qurumların inteqrasiyası korporativ biznesin aşağı effektliyinin dərmanı ola bilməz. Təcrübədə, belə hadisələr olub ki, iri korporasiyalar miqyaslı müəssisələrin giro­vuna çevrilib, çünki ayrı-ayrı seqmentlərin rəqabət qabiliyyəti itir, idarəetmə zəif­ləyir, məsrəflər artır. Bu vəziyyətdən çıxış yolu – yeni tənzimləmə sxemlərinin axtarışıdır, biznes-proseslərin reinjiniriqidir.

Aydındır ki, korporasiyanın miqyasının dəyişməsi, ilk növbədə tələb olunan resursların həcmini dəyişir, çünki korporativ layihələrin reallaşması ilə əlaqədar, korporasiyanın bazardakı vəziyyəti transformasiyaya (dəyişməyə) məruz qalır. Belə halda, vəziyyətin yaxşılaşdırılmasına korporasiyanın maliyyə resurslarının balansla­rının tərtibi kömək edə bilər.


2.3. İri biznes strukturlarının inkişafının bazis strategiyaları
Təşkilati-hüquqi formasından, mülkiyyətindən, sahəsindən, ixtisaslaş­ma­sından və bazardakı mövqeyindən asılı olmayaraq Azərbaycan iqtisadiy­yatının real və maliyyə sektorunda çoxlu sayda iri işgüzar təşkilatlar fəaliyyət göstərir.

Lakin müəssisələrin ölçüsünün müəyyənləşdirilməsi şərti xarakter daşıyır və onların səmərəli fəaliyyət göstərməsinə dəlalət etmir. Bu, daha çox iri işgüzar təşki­la­tın biznes strategiyasının işlənməsi və reallaşmasından asılıdır. Təcrübədə biz­nes stra­tegiya korporativ strategiyanın mühüm yarımsistemi kimi mövcud olur. Ümu­miy­yətlə, strategiya - plan, davranış prinsipi, mövqe, perspektiv və fənd (manevr) kimi izah edilir. Biznesin inkişafı özündə aşağıdakıları əks etdirir: 1) biznes həcminin artması prosesi; 2) bazar tələbinin ödənilməsinə istiqamətlənən fəaliyyət; 3) yeni biznes sferalarının yaradılması prosesi; 4) istehlakçıların ehtiyaclarının ödənilməsi məqsədilə təşkilatda yaradıcılıq və təşəbbüskarlığın stimullaşdırılması.

İri korporasiyanın işgüzar inkişafı: sahədə inkişaf etmək; texnologiyalarda lider­liyi ələ almaq; digər firmalardan geridə qalmamaq; inkişafı təmin edən mənfəətə nail olmaq; istehlakçılarla əməkdaşlıq etmək qaydalarından istifadəni nəzərdə tutur.

İşgüzar təşkilatın fəaliyyət strategiyasının işlənməsi məntiqi olaraq müəssisə rəhbərliyinin daimi nəzarətindən kənarda yerləşən xarici mühitin təhlili ilə başlayır. Xarici mühitin təhlilinin əsas məqsədi – cari dövrdə və gələcəkdə müəssisənin imkan­larını və təhlükələri, həmçinin strateji alternativləri müəyyənləşdirməkdir. Mühitin dəyişməsi işgüzar təşkilatın da fəaliyyətinin dəyişilməsi zərurətini diktə edir. Cəmiy­yətin tələblərinə xidmət edən təşkilatlar bununla əlaqədar müxtəlif cür davranırlar.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin