Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili şöbəsi



Yüklə 221,89 Kb.
səhifə6/25
tarix07.01.2022
ölçüsü221,89 Kb.
#82699
1   2   3   4   5   6   7   8   9   ...   25
Ə s ə r l ə r i

1927 il

«Bu gün» adlı ilk şeri

1939 il

«Qanadlar»

1939 il

«Çinar»

1942 il

«Vətən»

1942

“Bəxtiyar”

1942 il

«Ölməz qəhrəmanlar»

1943 il

«Qəzəb və məhəbbət» hekayə və oçerk toplusu

1943 il

«İntiqam! İntiqam…»

1943 il

«Vəfa» pyesi

1954 il

«Könül səsləri»

1966 il

«İllər və sətirlər»

1964 il

«Duyğular, düşüncələr»

1973 il

“Dünən, bu gün, sabah”

1978 il

«Üzü küləyə»

babababababababababababababab

b b b b b b


Rəsul Rzanın ədəbi irsinin kitabxanalarda təbliği
b b b b b b b b
Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-dəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək, novator şair kimi geniş şöhrət qazanıb. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamı-zın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli icti-mai fəaliyyəti ilə tanınıb.

2010-cu ilin may ayında Azərbaycanın Xalq şairi, SSRİ Dövlət Müka-fatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 ili tamam olur. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb./Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 yanvar 2010-cu il)// Azərbaycan.-2010.-15 yanvar.-N.10.-S.1/ Sərəncamda deyilir:-“Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır”Mayın 19-da doğum gününün 100 illiyi ərəfəsində şairin mürəkkəb, çətin və şərəfli həyat, yaradıcılıq yoluna, “çinar kimi əzəmətli və əyilməz kişi ömrünə” nəzər salarkən Rəsul Rza sənətini və şəxsiyyətini Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da yüksək qiymətləndirən dəyərli insanların fikirləriylə yanaşı şairin ömru boyu məruz qaldığı cahil, nadan hücumları da yada salmaq yerinə düşür. Çünki ədəbi qaragüruhun insafsız, mənəviyyatsız atmacaları bu gün də bə-zi qəzetlərin səhifələrində yer alır. Şairin həqiqi simasıyla keçmiş və indiki bədxahlarının qərəzlə uydurduqları obraz arasında nə qədər fərq olduğu-nu görmək üçün təqdim edilən örnəklərlə tanışlıq yetər. Şair haqqında söy-

bababbababbababbababbababbaba

bababbababbababbababbababbaba lənənlərdən həm dəyərli insanların obyektiv rəylərindən, layiq olmayan, sovet dövründə də, müstəqillik illərində də, ortabab şairlərin, kəmfürsət yazarların hədyanlarından parçalar verməklə Rəsul Rzanın mübarizələrdə keçən ömrü haqqında müəyyən dürüst təsəvvür yaratmaq olar”.

Dövlət mükafatları laureatı, Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi-nin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikanın müxtəlif bölgələrində, o cümlədən Gəncədə, Göyçayda, Naxçıvanda və Bakıda silsilə tədbirlər keçiriləcəkdir.


Sairin doğulub boya-başa çatdığı Göyçayda açılacaq ev-muzeyinin qarşı-sında büstü qoyulacaqdır. AYB-nin Rusiyanın paytaxtı Moskva şəhərində-ki filialında və İranda yubiley tədbirləri keçiriləcəkdir. Mayın 12-də isə Türkiyənin İstanbul şəhərində böyük yubiley tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur.

Biz Rəsul Rza kimi insanlarımıza diqqəti artırmaqla milli müstəqilliyimizə diqqəti artırmış oluruq. Məhz buna görə də hörmətli Prezidentimiz İlham Əliyevin Rəsul Rzanın 100 illiyini təntənə ilə keçirməklə bağlı verdi-yi Sərəncam bir daha ölkəmizdə ədəbiyyata, söz sənətinə göstərilən diqqət və qayğının təzahürü kimi qəbul edilir.

Rəsul Rza tanınmış şairlərimizdən biridir. Amma ona tək şair kimi baxdıq-da olduğu qədər tanımaq mümkün deyil. O, ilk növbədə, şairlikdən də əvvəl böyük ziyalı, mütəfəkkir, olduqca vətənpərvər, bütün insanlığın, yer üzünün qayğıları ilə yaşayan bir şəxs idi. Keçdiyi həyat yolunu dərindən, diqqətlə öyrəndikcə daxili aləminin nə qədər zəngin olduğunu, hansı arzularla yaşadığını, qarşısına nə kimi məqsədlər qoyduğunu daha aydın hiss etmək olur. Məhz elə buna görədə biz belə insanlarımızın həyat yolunu qayğı ilə, məhəbbətlə, dərindən öyrənməliyik.

Gəncə MKS-nin şöbə və filialları yubiley ilində Rəsul Rza bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatının: kitab sərgiləri, oxucu konfransı. ədəbi-bəddi gecə, kitab müzakirəsi, şer gecəsi ,kitab xülasəsi,sual-cavab gecəsi,söhbət ,biblioqrafoq icmalalrdan və başqa tədbir formalarından istifadə etməlidirlər.Keçirilən bu tədbirlər milli mədəniyyətimizin müasir oxucunu qədim və zəngin bədii söz sənətimizə hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir. Rəsul Rzanın ədəbi–bədii irsinin zənginliği, onun ideyası həm öz dövrü, həm də indiki zaman,hətta gələcək üçün müasirliyi ilə diqqəti cəlb edir. Bu əlamətdar ildönümü münasibətilə kitabxanalarda R.Rzanın ədəbi irsininin təbliği üçün rəngarəng forma və metodlardan istifadə etməklə geniş tədbirlər

bababbababbababbababbababbaba


bababbababbababbababbababbaba

planı işlənib hazırlanmalıdır.Şairin haqqında çap olunmuş ədəbiyyat eləcə də dövrü mətbuatda dərc olunan materiallar biblioqrafiq kartotekalarda yeni rubrikalar açilmaqla və yubiley materiallarını orada əks etdirməklə göstərilməlidir.Kitabxanalarda keçirilən ən iri həcmli tədbirlərdən biri oxucu konfransıdır.




Yüklə 221,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin