Vətən tökmə sən göz yaşın,
Uca saxla məğrur başın.
Qarşıdadır son savaşın,
Qarabağın çox dərdi var.
Arazov Ənvər Talış öğlu
doğum tarixi 1953-cü il 2 dekabr.
Gəncə Politexnik Texnikumunu bitirib. Murmansk vilayətinin Severomorsk şəhərində hərbi dəniz donanmasında xidmət edib. Ordudan qayıdanda “Billur” zavodunda fəhlə,nizamlayıcı növbə ustası işləyib.
Ənvər Arazov Gəncədə xalq hərəkatının öncüllərindən biridir. Etiraz mitinqlərində, Özünümüdafiə dəstələrinin yaradılmasında həmişə başda olub.
20 yanvar faciəsi zamanı Gəncəyə rus qoşunu gəlməsinin qarşısının alınmasında çox fəal iştirak edib. Sonra da silaha sarılaraq könüllü surətdə döyüşə gedib. Alay komandiri kimi çox yerlərdə vuruşub. Sırxavənd, Ortakənd, Mehmanə, Drambon, Kasaret kəndləri, habelə Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətlər göstərib. Bu xidmətlərə görə 1992-ci il oktyabr ayının 2-də briqada komandirinin müavini təyin edilib, ona polkovnik rütbəsi verilib.
Noyabrın 1-n 2-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub. Noyabr ayının 6-da Ənvər Talış oğlu Arazov“ Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
********
Dostları ilə paylaş: |