GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari



Yüklə 0,54 Mb.
səhifə27/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   ...   24   25   26   27   28   29   30   31   32
GÇH plan konspekt 2

Topoqrafik və taktiki səmtləşmə. Topoqrafik səmtlənməyə dayanma nöqtəsinin cəhətlərə, relyefə və yer cisimlərinin elementlərinə əsasən təyin olunması aiddir.
Taktiki səmtləşməyə döyüş şəraitində özünün və düşmənin yerləşdiyi qüvvələrə əsasən dayanma nöqtəsinin təyin olunmasını, düşmənin və özünün qoşunlarının planlarının və s. taktiki əlamətləri aiddir.
§ 15. MÜLKİ MÜDAFİƏNİN XƏBƏRDARLIQ SİQNALLARI VƏ MÜHAFİZƏ QURĞULARI


Mülki müdafiənin xəbərdarlıq siqnalları. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər,göstərişlər də verilir. Təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətdən asılı olaraq «Hamının diqqətinə» siqnalından sonra Mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumatların və göstərişlərin məzmunu müxtəlif ola bilər. Müharibə dövründə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verir. Aşağıdakı kimi siqnallar mövcuddur: «Hava həyəcanı», «Hava həyəcanı sovuşdu», «Radiasiya təhlükəsi», «Kimya həyəcanı».
Hava həyəcanı zamanı bütün tədris müəssələrində məşğələlər dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərə, daldanacaqlarda, yeraltı keçidlərdə, tunellərdən istifadə etmək lazımdır. Kəndlərdə mal–qara tövlələrdə saxlamalı, ailələr daldanacağa getməli, əgər sürülər çöldədirsə, yarğanlardan,mağaralardan istifadə etməli.
Hava həyəcanı sovuşdu siqnalından sonra daldanacaqları tərk etməli və hər kəs öz işini təşkil etməlidir.
Kimya həyəcanı siqnalı kimya və bakteroloji zəhərlənmə təhlükəsi olduqda verilir. Əhalinin qorunması üçün sanitar dəstələri, mülki müdafiənin qoşunları, polislər və yerli təşkilatlar əvvəlcədən təşkil edilmiş daldanacaqlara təhkim edirlər. Ailənin rahatlığını təmin etmək üçün əvvəlcədən hər cür şərait qurulur. Əgər təhlükə sovuşduqda radio və ya televizorla əhaliyə çatdırılır.
Radiasiya təhlükəsi siqnalı ərazidə radiaktiv zəhərlənmə aşkar və ya belə zəhərlənmə 1 saat ərzində gözlənildikdə verilir. Adamlar dərhal respirator, radiaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxdursa, əleyhiqaz taxılır. Sonrakı davranış qaydaları əhaliyə radio və ya televizorla çatdırılır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin